Elza Seyidcahandan itlərə sevgi etirafı
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahandan itlərə sevgi etirafı

Müğənni Elza Seyidcan açıqlamasında fikirlərini bölüşüb

“ADDIM” Gənclər Təşkilatı şəhərin kinoteatrlarından birində film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə “Kinoya ADDIM-la” adlı layihəsi çərçivəsində növbəti film nümayişini həyata keçirib. Layihə çərçivəsində gənclərin izlədiyi növbəti film "Ёлки лохматые" filmi olub.

Tabloid.az xəbər verir ki, tədbirin əvvəlində "Addım" Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə çıxış edərək yeni ildən layihənin dövlət dəstəyi ilə daha da genişlənəcəyindən xəbər verib. Belə ki "ADDIM"çılar teatr və muzeylərdə də pulsuz giriş hüququ qazanacaqlar.

Daha sonra layihədə ənənə üzrə ulduz qonaq qismində çıxış edən əməkdar artist Elza Seyidcahan gənclərlə fikirlərini bölüşüb. Filmin nümayişindən sonra gənclər qonaqla fotolar çəkdirib, onları maraqlandıran mövzularda diskusiyalar aparıblar.

Sahibinin evini oğrulardan qorumağa çalışan Pirat və Yoka adlı itlərin maraqlı sərgüzəştlərindən bəhs edən filmi izləyən müğənni Elza Seyidcan fikirlərini bölüşüb:

"Bilirsiniz mən heyvanları çox sevirəm, hətta onlar üçün konsert də vermişəm. Bu gün ailə üzvlərimlə heyvanların əsas rolda oynadığı filmi izləmək inanılmaz zövq verdi. Məni belə filmlərə tez tez dəvət edin".

Qeyd edək ki, "Kinoya ADDIMla" layihəsi çərçivəsində gənclər xüsusi dəvətlərlə ən son filmləri izləmək imkanı qazanırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm