Nadir Qafarzadə yaltaq həmkarlarından danışıb - Video
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadə yaltaq həmkarlarından danışıb - Video

Müğənni Nadir Qafarzadə həmkarlarını qınayıb.

Müğənni Nadir Qafarzadə həmkarlarını qınayıb. Tabloid.az xəbər verir ki, “Onlar” verilişinə açıqlama verən müğənni yaltaq həmkarlarından danışıb.

“Sosial şəbəkədə heç bir həmkarımı izləmirəm. Orada çoxlu yaltaqlıqlar görürdüm. Bilirəm ki, bu insanların bir-birini görən gözü yoxdur, amma, şəkil qoyub bir-birini tərifləyirlər. Mən həmin şəxi izləyirəmsə, xoşuma gəlsə də, gəlməsə də paylaşımlarını bəyənəcəyəm. Yola verməkdənsə, hamısının üzərindən xətt çəkdim. Mənim səhifəmdə heç kəs digər həmkarımı təhqir edə bilməz. Təhqir edən olsa, cavabını verib qara siyahıya atıram”.

Müsahibəsində Nadir həmçinin həmkarı- xalq artisti Faiq Ağayevi biabırçı bir hadisə zamanı tərəfkeşlik etdiyini də əlavə edib.

“Qatı düşmən kəsildiyim bir sənətçini məclisdə calışıblar ki, xətrinə dəysinlər. Mən bunun qarşısını alıb, özümü qabağa vermişəm. Baxmayaraq ki, aramızda soyuq müharibə gedir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm