Elza küsülü olduğu Aygünü təbrik etdi
Bizi izləyin

Tabloid.az

Elza küsülü olduğu Aygünü təbrik etdi

Mən qürurlu insan deyiləm. İlk addım atmaq alçaqlıq deyil

Əməkdar artist Elza Seyidcahan yerli telekanallardan birində qonaq olarkən küsülü olduğu həmkarı, xalq artisti Aygün Kazımovanı canlı yayımda təbrik edib.

Xəbəri dəqiqləşdirmək üçün Elza xanımla görüşüb, xəbərə aydınlıq gətirməsini istədik. Tabloid.az-a açıqlamasında xəbəri təsdiqləyən əməkdar artist bizim vasitəmizlə də xalq artistinə ürək sözlərini söylədi:

“Mən Aygün Kazımovaya ana xoşbəxtliyi, qadın səadəti arzu edirəm. Mən qürurlu insan deyiləm. İlk addım atmaq alçaqlıq deyi, böyüklükdür. Mən heç vaxt Aygün Kazımovaya qarşı kin saxlamamışam. Aygünü ad günü münasibətilə təbrik edirəm”.

Bundan əlavə Elza xanım xalq şairi Ramiz Rövşənin əfsanələşmiş “Qara paltarlı qadın” şeiri ilə də xalq artistini sosial şəbəkədə təbrik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm