• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Aygün Kazımovanın cazibəsini vurğulayan libasları - Fotolar

Aygün Kazımovanın cazibəsini vurğulayan libasları - Fotolar

Tanınmış qadınlar özünə daha çox diqqət edir, cavan qalmaq üçün əlindən gələni edirlər. Çünki onların karyerası xarici görünüşlərindən çox asılıdır. Gözəlliklərini və gəncliklərini qorumaq üçün dəfələrlə əməliyyat etdirirlər. Cərrah bıçağı adı gələndə çoxunun canına vəlvələ düşsə də, ulduzlar üçün adi hal alıb. Nə deyək səhnə gözəllik və qurban tələb edir...

Bu gün ad gününü qeyd edən xalq artisti Aygü Kazımova da yuxarıda yazdığım məsələdə istisna deyil. Aygün Kazımova gözəl görünmək üçün daha hansı əməliyyatlara əl atmadı ki?! Amma etiraf etmək lazımdır ki, o, təkcə ifa tərzi, səhnə geyimi və dəlisov xarakteri ilə yenilik gətirmir. Aygün Kazımova xarici görünüşündən utanan, yaxud üzündə xırda qüsurları olan bir çox xanımı əməliyyata həvəsləndirdi. Belə özəl gündə əməliyyatdan danışıb divanın kefini pozmaq istəməzdim. Tabloid.az 44 yaşını qeyd edən, təmtərağı sevən dəlisov və cazibədar müğənninin ən yaxşı stillərini seçib.

O, təsiredici gözəlliyi ilə yanaşı, dəbdəbəli stili ilə də adından tez-tez söz etdirir. Təmtəraqlı və rəngarəngliyi sevən ulduz xasiyyətindəki şıltaqlığı geyim tərzinə köçürür. Gözəlliyinin yanında şıltaq davranışları və uğurlu karyerası ilə böyük heyran kütləsinə malik olan Aygün Kazımoza bədən quruluşunu vurğulamağı və dekolteni çox sevir. Onun dəqiq bir stilə sahib olduğunu demək olmaz. Mövcud olan-olmayan bütün stilləri sınaqdan keçirib. Stilində özünə məhdudiyyət qoymayan divanın əsas qaydası seksuallığını maksimum vurğulamaqdır.

Dodaqlarına çox zaman şəhvət və ehtiras rəmzi olan qırmızı dodaq boyası çəkməsi də təsadüfi deyil. Bu qaydanı səhnə geyimlərində də məharətlə nümayiş etdirir. Bir sözlə, ekzotik tərzi ilə sözün əsl mənasında pop divadır!

Saçlar qadının ən gözəl aksessuardır. A.Kazımova bir neçə il əvvəl bu aksessuardan heç düşünmədən imtina edir. Buna baxmayaraq, efirlərədə bu cür görünməkdən çəkinmir. Saçında tətbiq etdiyi bütün sınaqlar rezonansa səbəb olur. Mətbuatın ən çox danışılan adlarından olan gözəl ulduz hər zaman özünəməxsus stili ilə seçilir. Dünya ulduzlarından ilhamlanan ulduz onların tərizini olduqca uğurlu istifadə edir.

Maraqldır, görən diva bu gün öz ad gününə nə cür libasda təşrif buyuracaq?

Sabah tabloid.az-da divanın ad günündən fotoları izləyə bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR