Kainatın yeni gözəlinin fotoları
Bizi izləyin

Tabloid.az

Kainatın yeni gözəlinin fotoları

Kainatın yeni gözəlinin fotoları

Dünən Mayamidə “Kainat gözəli -2015” yarışmasının final mərasimi keçirilib. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, bu il "Kainat gözəli" titulunu kolumbiyalı Paulina Veqa qazanıb. İkinci yerə ABŞ-ı təmsil edən Nia Sançes, üçüncü yerə isə ukraynalı Diana Qarkuşa layiq görülüb. Rusiyalı iştirakçı Yuliya Alipova finalistlərin sırasında yer tuta bilməyib.

88 ölkənin iştirakçısını geridə qoyan Paulinanın mükafatı 300 min ABŞ dollarıdır. 22 yaşlı gözəl məşhur tenor Qaston Veqanın nəvəsidir. 8 yaşından modelliklə məşğul olan Pauluna alman, ispan və ingilis dillərində mükəmməl danışır.

Onun boyu 175 santimetrdir. Hazırda isə Boqota universitetində menecmentlik ixtisası üzrə təhsil alır.

Tabloid.az müsabiqədən fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm