Tabloid.az
Türkiyəli zərgərin 175 manatlıq qızıl paltarı
Türkiyəli zərgər Əhməd Atakanın hazırladığı 350 min lirə (təxminən 175 min manat) dəyərində olan paltar maraqla qarşılanıb.
Tabloid.az xəbər verir ki, türkiyəli zərgərinin istehsal etdiyi 22 unsiyalıq 400 min parça qızıldan ibarət olan qızıl paltar nə az, nə çox, düz 3 kiloqram ağırlığındadır. Qızıl paltar bahalı olmasına baxmayaraq, böyük marağa səbəb olub. Zərgər Əhməd Atakan indiyədək 8 qızıl paltar satdıqlarını və böyük sayda sifariş aldıqlarını da vurğulayıb. Onun sözlərinə görə, sifarişin böyük əksəriyyəti xarici ölkələrdəndir: "Ötən il hazırladığımız məhsul barədə mətbuatda məlumat getdikdən sonra sifarişlərimiz artıb. Ondan sonra əlavə olaraq 10 qızıl paltar da satmışıq. Ölkə daxilində bir neçə sifarişimiz olsa da, xaricdən daha çox müştəri cəlb etmişik”.
Azərbaycanlılar da maraq göstərib
Maraqlısı isə odur ki, türkiyəli zərgərin xarici sifarişçiləri arasında azərbaycanlı iş adamları da var. Atakan müştərilərinin adını gizli saxladıqlarını bildirsə də, sifariş aldıqları ölkələrin adlarını açıqlayıb: "Azərbaycanlı iş adamları əl işimizə maraq göstərib. Qətər və Moskvada da bir neçə müştərimiz olub".
Atakanın sözlərinə görə, qızıl paltarı 15 usta 2 həftə ərzində hazırlayıb: "Bu il paltarda istifadə edilən qızıl parça sayı 400 minə qalxdı. Keçən ilki təqdimatdan sonra təxminən 10 dənə qızıl paltar satmışıq. Ona görə də bu ilki hədəfimiz daha çoxdur".
Əhməd Atakan qızıl paltar sifarişləri arasında maraqlı tələblərə rast gəldiklərini də vurğulayıb: "Müştərilərimizdən biri qızıl paltarın hicab modelini istədi, biz də hazırladıq. Təbii ki, tamamilə fərqli hazırlanan həmin paltarın qiyməti də iki dəfə baha başa gəldi. Hicab istifadə edilən qızıl və sənətkarlıq baxımından daha çox iş və vaxt apardı. Bundan başqa, bikini də sifariş verənlər də olub".
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO