“Nabat” Hindistanda mükafata layiq görülüb
Bizi izləyin

Tabloid.az

“Nabat” Hindistanda mükafata layiq görülüb

“Nabat” Hindistanda mükafata layiq görülüb

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filmi Hindistanda keçirilən 13-cü “Pune Beynəlxalq Film Festivalı”nda münsiflər heyətinin “Xüsusi vurğulama” mükafatına layiq görülüb. Bu haqda Mədəniyyət və Turizm Nazirliyininin saytında məlumat verilib.

kafat C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmova təqdim olunub.

Film festivalın əsas müsabiqə proqramında yer alıb.

Filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm