Nura Suri mətbuatdan gileyləndi - Fotolar
Bizi izləyin

Tabloid.az

Nura Suri mətbuatdan gileyləndi - Fotolar

Nura Suri mətbuatdan gileyləndi - Fotolar

Bu gün müğənni Nura Suri jurnalistləri başına yığıb, şəxsi məsələlərlə bağlı mətbuat konfransı keçirib. Tədbirdə Nura Suri ilə yanaşı onun anası, Qarabağ müharibəsinin iştirakçısı, 2-ci qrup əlil Firəngiz Səttarova da iştirak edib.

Firəngiz Səttarova bu gün mediada müğənnilərlə bağlı yazılan neqavit yazılar, başlıqlar, orada yer alan şərhlərlə bağlı narahatlığını dilə gətirib:

“Bu tədbiri təşkil etməyi Nuradan mən xahiş etdim. Çünki bu gün Azərbaycanda fəaliyyət göstərən bütün KİV-lər incəsənət xadimləri haqqında qeyri-etik hərəkətlərə yol verilir, müğənnilər ictimai müzakirə mövzusuna çevrilir. Bu halın geniş miqyas almasında aparıcılar, jurnalistlər böyük rol oynayırlar. Həmin müzakirələr təhqir, şərəf və ləyaqətin alçaldılması ilə nəticələnir.

Mənim qızım Nura Suri 3 övlad anasıdır. Azərbaycanda fəaliyyət göstərən bütün KİV-lərlə bağlı məhkəməyə müraciət etsə vaxt baxımından mümkün deyil. Həmçinin onun gələcəkdə efirə çıxmağı da mümkünsüz olacaq”.

Nura Suri aparıcılarda müğənnilərə qarşı aqressiya olduğunu bildirib:

“Saytlar, televiziyalar müğənnilərin hesabına reytinq əldə edirlər. Amma bunun müqabilində onlar müğənniləri xoşagəlməz vəziyyətlərdə tamaşaçılara təqdim edirlər. Biz jurnalistlərdən pul istəmirik. Amma müğənniləri belə təqdim etmək nəyə lazımdır?

Televiziyalarda, saytlarda müğənnilərə qarşı olan bu aqressiya nədən qaynaqlanır? Adicə sosial problemləri müzakirə edəndə belə hansısa yolla müğənnilərə yönəldirlər. Mən istəmirəm ki, ailəm, həyatım gündəmdə olsun”.

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm