Sibel Can Hadisənin keçmiş sevgilisi ilə eşq yaşayır - Fotolar
Bizi izləyin

Tabloid.az

Sibel Can Hadisənin keçmiş sevgilisi ilə eşq yaşayır - Fotolar

Türkiyənin məşhur müğənnisi Sibel Canın adı son günlər Ozan Çeliklə hallanır

Türkiyənin məşhur müğənnisi Sibel Canın adı son günlər Ozan Çeliklə hallanır.

Həyat yoldaşından boşandıqdan sonra heç kimlə münasibət qurmayan 3 uşaq anası olan müğənni iki həftə öncə tətilə getmiş, onun naməlum sevgilisi ilə xoşbəxt günlər keçirdiyi iddia edilmişdi. Həmin naməlum sevgilinin Ozan Çelik olduğu deyilir.

Bu günə kimi Türkiyənin ən gözəl və məşhur qadınları, o cümlədən Dəniz Akkaya, Hadisə və Öykü Karayellə eşq yaşayan Ozan Çeliyin indi də Sibel Canın ürəyini ələ aldığı bildirilir. Hadisədən yeni ayrılan Ozan Çeliyin Sibel Canı yaxın təqibə aldığı heç kimin nəzərindən yayınmayıb.

Ötən gün gecə klublarından birində səhnəyə çıxan Sibel Canı ən birinci sıradan izləyən Ozan Çelik konsertə fasilə verildikdə dərhal müğənninin qrim otağına gedib və yarım saat orada qalıb. Eşq iddialarını təkzib edən Sibel Canın Ozan Çeliyi qrim otağına qəbul etməsi birmənalı qarşılanmayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm