Təranə Qumral: “Musa mənə baxanda qidalanır” - Video
Bizi izləyin

Tabloid.az

Təranə Qumral: “Musa mənə baxanda qidalanır” - Video

Tanınmış sənətçilərin evindən maraqlı anları əks etdirən video çarxı sizə təqdim edirik:

Sevilən cütlük Təranə və Musa Musayevlər Xəzər telekanalında yayımlanan “Hər şey daxil” verilişinin qonağı olublar. Tabloid.az xəbər verir ki, Təranə Qumral həyat yoldaşı Musa Musayev üçün toyuq bişirib. 21 ildir ki, ailəli olan cütlük zəhmətləri ilə qazandıqları evlərində qonaqlarını qarşılayıblar. Mətbəxə keçən Təranə Qumral mətbəxdə də necə məharətli olduğunu göstərib. İlk dəfə toyuq doğrasa da, qonaqlarının qarşısında ifaçı üzü qara çıxmayıb:

"Boynuma alıram ki, ilk dəfədir toyuq doğrayıram. Musa müəllim mənə baxanda qidalanır. Neynir yeməyi? Musa üçün, çox yeməklər bişirmişəm. Evdə ən yaxşı nə varsa, istəyirəm Musa üçün bişirim, yesin. Evdə dadlı nəsə olanda yemirəm,onu Musa üçün saxlayaram".

T.Qumral M. Musayevi çox sevdiyini etiraf edib: "Qısqananlar çatlasın. Bizi ancaq ölüm ayıra bilər. O qədər sevgimizdən danışdılar, axırda göz dəydi. Amma şükür indi hər şey yaxşıdı. Biz bir-birimizə ilk baxışdan aşiq olmuşuq. İndi də çox xoşbəxtik".

Tanınmış sənətçilərin evindən maraqlı anları əks etdirən video çarxı sizə təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm