Nigar Camal bu rəqsi ilə Cenifer Lopezi kölgədə qoydu - Video
Bizi izləyin

Tabloid.az

Nigar Camal bu rəqsi ilə Cenifer Lopezi kölgədə qoydu - Video

Azərbaycanı “Eurovision-2011” mahnı yarışmasında təmsil edən və birincilik qazanan Nigar Camalın “İnstagram”da paylaşdığı video səs-küy yaradıb.

Azərbaycanı “Eurovision-2011” mahnı yarışmasında təmsil edən və birincilik qazanan Nigar Camalın “İnstagram”da paylaşdığı video səs-küy yaradıb.

Videoda ifaçının ehtiraslı, erotik rəqsini izləmək mümkündür. Qeyd edək ki, bu görüntülər N.Camalın İstanbulda rejissor Nihat Odabaşı tərəfindən çəkilən klipindən götürülüb. Görüntülərdən Nigarın məşhur amerikalı müğənni Cenifer Lopezlə oxşarlığı diqqəti cəlb edir. Belə ki, müğənninin saç düzümü, makiyajı, libası Cey Lonun kliplərindəki obrazlarını xatırladır. Hətta ombalarını oynadan Nigarı amerikalı həmkarı ilə dəyişik salmaq olar. Qətiyyətlə deyə bilərik ki, Nigar Camal bu rəqsi ilə Cenifer Lopezi kölgədə qoyub.

Qeyd edək ki, Nigar Camal hazırda Türkiyədə “X-Factor” yarışmasında münsif olduğundan orada yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm