Tabloid.az
Kişilərin bəyəndiyi qadın tipləri
Dəb - rənglər, formalar hər mövsüm dəyişir. Dəb çox kaprizli, ərköyün bir anlayışdır. Ancaq kişilər üçün bu dəyişikliklər o qədər də önəmli deyil. Çünki bu dəyişikliklər güclü cinsin nümayəndələrini o qədər də cəlb etmir. Onlar klassikləşmiş formalara üstünlük verirlər. Bəs, kişilər qadınlarda nəyin necə olmasını istəyir?
Saç düzümü
Kişilərin hit paradında uzun saçlar — çiyindən aşağı olanlar
üstünlük təşkil edir. Saçlar təbii, gözəl, təmiz və havalı
olmalıdır. Onlar saçın rənginin təbii olmasını xoşlayırlar.
Kişilərin fikrincə, haçalanan saç ucları, qeyri-sağlam rəng tonları
(badımcanı, narıncı və sairə), oğlan kimi qısa saç kəsimləri ancaq
iri gözləri olan nadir incə qızlara yaraşa bilər. Çoxluq isə
adıçəkilənlərdən uzaq qalaraq, klassik formalara üstünlük versə
yaxşıdır.
Makiyaj
Burada da onlar təbiiliyə və bir daha təbiiliyə üstünlük
verirlər. Düzdür, parlaq dodaq boyası olar. Ancaq hər gün yox,
hansısa özəl mərasim və ya günlər üçün. Süni uzadılmış kirpiklər,
çox ağardılmış dəri, parıltılı dodaq boyası yolverilməzdir. Bu
siyahıya həddindən çox süni qaraldılmış dəri və qəribə rəngli dodaq
boyası da daxildir. Xüsusilə əgər dodaqlar silikonludursa.
Manikur
Qulluq edilmiş, təbii görünüşlü, orta uzunluqda olan dırnaqlar
cəlbedicidirlər. Dırnaqlar boyalı olsa daha yaxşıdır. Amma boyanın
üzərində şəkillər və bəzəklər olmasın. Caynağa oxşayan, həddindən
artıq uzun, ucu iti, üzəri isə şəkilli dınaqlar güclü cinsin
nümayəndələrinə o qədər də xoş təsir bağışlamır.
Paltar
Kişilər qadınları onlara xas olan paltarlarda, kostyum, gecə
libasları, hətta cins və adi koftada da görməyi sevirlər. Bir
şərtlə — paltar bədənin formasına uyğun olmalıdır. Ən əsası odur
ki, geyim harmoniya təşkil etsin, səliqəli olsun. Mövsümə uyğun
olmayan geyimlər, məsələn, qışda qısa toplar, yazda xəz ancaq
zövqsüzlük kimi qəbul edilir. Kişilər həm də qısa şalvarlara-
briclərə, həddindən artıq dar şalvarlara, bəzəkli kolkotqalara,
əfqan şalvarlarına, üzərində yazılar olan maykalara da yaxşı
baxmırlar.
Ayaqqabı
Açıq bosonojkalar, orta ölçülü dabanı olan tuflilər, uzun qış
ayaqqabıları - bir sözlə, köhnə dəbin formaları kişilər üçün
kifayətdir. Əlbəttə ki, qeyri-adi görünüşlü uqqi, kobud botinkalar,
platformalı ayaqqabılar və sairə.
Aksesuarlar
Stilli kulonlar, bilərziklər, klassik çantalar, kiçik sırğa və
qulluq edilmiş əllərdəki üzüklər kişilərin ağlını başından ala
bilər. İri ağır sırğalar, üzün yarısını tutan eynəklər, praktik
olmayan kiçik çantalar, külli miqdarda qızıl, zinət əşyaları
kişilərdə ikrah hissi yarada bilər.
Fiqura
Qadına xas gözəl, idmançı bədəni kişilər sevir. Çəki o qədər də vacib olmasa da, yaxşı olar ki, forma proporsional olsun. Qabağa çıxan qarın, iri ayaqlar, piy qatlarını nəinki kişilər, heç qadınlar da xoşlamırlar. Bundan daha pisi ancaq anoreksiya ola bilər. Bir dəri bir sümük olan, rəngi solan qadınlara kişilərin ancaq yazıqları gəlir. Belələrinə onlar ancaq yemək verərək, yatızdırmaq istəyirlər.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü