• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fındıq yağının saça və dəriyə faydaları

Fındıq yağının saça və dəriyə faydaları

Saç və dəri problemlərilə üzləşənlər bitki mənşəli yağlardan istifadə edə bilərlər. Xüsusilə də fındıq yağı saç və dəri problemlərini həll etməkdə çox təsirlidir.

Tabloid.az fındıq yağının saç və dəriyə faydalarını araşdırıb:

Saçınız tökülür və ya qırılırsa, kəpək problem ilə üzləşmisinizsə, fındıq yağı sizin əsl dərmanınız ola bilər.

Fındıq yağı fosfor, kalsium, E vitamini, zülal və şəkər ehtiva edir.

Quru və qidalanmaya ehtiyacı olan saç və dəri üçün fındıq yağı əhəmiyyət kəsb edir. Saçqıranlardan xilas olmaq üçün də fındıq yağından istifadə edə bilərsiniz.

* Saç tökülməsinin qarşısını alır

* Saçı tez yağlanmağa qoymur. Yağlılığı tənzimləyir.

* Saçın parlaq və sağlam görünməsini təmin edir.

*Nazik saçlara həcm verir. Saç telləriniz zəifdirsə, onları möhkəmləndirir.

* Fındıq yağı yeni saçların çıxmasına kömək edir. Daha gur və həcmli saç istəyənlər üçün ideal vasitədir.

Fındıq yağının dəri üçün də faydalı olduğunu qeyd etmişdik. Quru dəri tipinə sahib olanlar ondan nəmləndirici vasitə kimi istifadə edə bilərlər. Hamiləlik zamanı və doğuşdan sonra isə bütün dəri tipinə sahib olan qadınlar bədənlərinə fındıq yağı çəkməlidirlər. Bu, dərinin elastikliyini təmin edəcək. Beləliklə, dərinin çatlamasının qarşısı alınacaq, dəri çatlaqları maksimum az yaranacaq.

Bu yağ sellülitə qarşı da təsirlidir. Ayaq, omba, qol kimi bölgələrdəki sellülitə qarşı rahatlıqla istifadə edə bilərsiniz.

Fındıq yağını dərinizə və saç diblərinə masaj edərək çəkməlisiniz. Saçlarda 1 saat qaldıqdan sonra ilıq su ilə yumaq lazımdır.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR