Müğənni Roza Rəzgərli “Oyuncağ”ını təqdim edib - Foto, Video
Bizi izləyin

Tabloid.az

Müğənni Roza Rəzgərli “Oyuncağ”ını təqdim edib - Foto, Video

Tədbirin aparıcıları Afaq Gəncəli və Zabir Əliyev olub.

Sevilən müğənni Roza Zərgərli bu gün çoxdan gözlənilən “Oyuncaq” klipini təqdim edib. Klipdə müğənninin tərəf müqabili Türkiyənin tanınmış rok qrupu “Pankart” çıxış edir. Klipin çəkilişi Azərbaycanın dilbər güşələrindən olan Şəkidə keçirilib.

Yay ab-havasında çəkilən klipdə, Roza Zərgərli də al-əlvan geyimləri və fərqli obrazları ilə diqqət çəlb edib.

Paytaxtın restoranlarından birində keçirilən təqdimat mərasiminə müğənninin ən yaxın sənət dostları təşrif buyurublar. Onların sırasında aparıcı Zemfira Adıgözəlova, əməkdar artist Elza Seyidcahan, rəqqasə Fatimə, müğənnilər Sevinc Ağaşirinova, Aysel Əlizadə, meyxanaçılar Ehtiram və İntiqam qardaşları, prodüser Təranə Səmədova, rejissor Şahin Zəkizadə də var idi.

Tədbirin aparıcıları Afaq Gəncəli və Zabir Əliyev olub.

Klipin təqdimatından sonra müğənni dostları və jurnalistlərlə birgə tort da kəsib.

Tabloid.az təqdimatdan fotoları təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm