Nurlan toy bazarından niyə uzaqlaşmaq istəyir?
Bizi izləyin

Tabloid.az

Nurlan toy bazarından niyə uzaqlaşmaq istəyir?

Onun yeni ifa edəcəyi mahnı “Nə faydası var” adlanır.

Müğənni Nurlan Təhməzli yeni mahnı üzərində çalışır. Gənc ifaçının “Onlar” verilişinə verdiyi açıqlamada bildirib ki, onun yeni ifa edəcəyi mahnı “Nə faydası var” adlanır.

Müğənni həmçinin indidən gələcəyini düşündüyünü və tarixdə qalmaqallarla deyil, sənətlə qalmaq istədiyini bildirib.

“Toylara, tədbirlərə üstünlük vermək lazım deyil. Əsas 40-50 yaşa çatanda arxivimizə baxanda orda sənət olduğunu görək”.

Sənətçi həmçinin yeni ildə şou proqramların birində duet ifa etdiyi İlqarə Kazımovadan da danışıb.

“İlqarə xanımla duet oxumaq çox maraqlı oldu. Yeni iş birliyimizin olması üçün niyyətimiz də var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm