Ulyana Sergeyenkonun möhtəşəm kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Ulyana Sergeyenkonun möhtəşəm kolleksiyası - Fotolar

Ulyana Sergeyenkonun möhtəşəm kolleksiyası

Tanınmış rusiyalı dizayner Ulyana Sergeyenko hazırladığı möhtəşəm kolleksiyaları ilə moda paytaxtlarını özünə heyran buraxır. Tabloid.az xəbər verir ki, Ulyana Sergeyenko kolleksiyaları müxtəlif əsərlərdən, romanlardan, hətta nağıllardan ilhamlanaraq hazırladığını söyləyir. Parisdə "Haute Couture" həftəsi ərzində təqdim olunan yeni yaz 2015 kolleksiyasında da Ulyana Sergeyenko öz ənənəsinə sadiq qalıb.

Paltarların üzərində qəribə naxışlar, hətta, nadinc və gözəl tikmələr əl işləridir. Əlvan rənglərdə isə yazın gəlişinin bayram əhval-ruhiyyəsi hiss olunur. Müxtəlif heyvan motivləri də diqqətdən yayınmır.

Kolleksiyadakı digər maraqlı məqam dairəvi çantaların kənarlarından sallanmış saçaqlar və qotazlardır. Bu bəzəklər xanımın obrazına xüsusi rəng qatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm