İlin gözlənilməz eşq macəraları - Fotolar
Bizi izləyin

Tabloid.az

İlin gözlənilməz eşq macəraları - Fotolar

Təkcə ötən həftə 5 məşhurun yeni eşq macərasına başladığı məlum olub

Məşhurlar aləmində sakit keçən tək bir gün belə olmur. Məsələn, təkcə ötən həftə 5 dünya ulduzunun yeni eşq romanına başladığı məlum olub. Üstəlik, onların partnyorları da məşhurdurlar. Ona görə də bu yeni cütlüklərin eşqi hamını təəccübləndirir. Məsələn, kimin ağlına gələrdi ki, cazibədar model İrina Şeyk futbolçu sevgilisi Kriştiano Ronaldodan ayrıldıqdan 1 həftə sonra yenidən eşqə düşəcək.

Beləliklə, Tabloid.az sizi şoka salacaq və sürpriz şəkildə eşq yaşamağa başlayan ilin ən çox diqqətçəkən cütlüklərini araşdırıb. Nəzərə alsaq ki, 2015-ci ilin hələ ilk ayındayıq, bu il eşq tanrısı Erosun fəaliyyətinin gücləndirdiyini iddia etmək olar.

Selena Qomez və DJ Zedd

Селена Гомес и DJ Zedd

Bəli, səhv görmürsünüz, qalmaqallı müğənni Castin Biberdən ayrıldıqdan sonra adı model Miranda Kerrin keçmiş həyat yoldaşı Orlando Blumla hallanan Selena sən demə, məşhur DJ Zeddlə eşq yaşayırmış.

Onlar “İnstagram”da birlikdə çəkilmiş fotolarını paylaşaraq sevgilərini etiraf ediblər.

Marqo Robbi və Aleksandr Skarsqard

Александр Скарсгард и Марго Робби

Tez-tez birlikdə rol alan cütlük nəhayət, real həyatda da eşq yaşamağa başlayıb. Nə deyək, bir-birlərinə yaraşırlar. Ümid edək ki, bu eşq uzunömürlü olar.

Jarerd Leto və Lupita Nyonqo

Люпита Нионго и Джаред Лето

Люпита Нионго и Джаред Лето

Hazırda Hollivudda ən çox müzakirə edilən eşq romanının baş qəhrəmanları isə Jarerd Leto ilə son günlər diqqət mərkəzində olan qaradərili aktrisa Lupita Nyonqodur.

ABŞ Kinoaktyorları Gildiyasının təşkil etdiyi “SAG Awards” mükafatlandırma mərasimi gecəsində səhnəyə birlikdə çıxan Cerardla Lupitanın daha sonra bir köşəyə çəkilərək dədiqələrcə söhbət etdikləri deyilir. İddialara görə, cütlük daha sonra təşkil edilən ziyafət mərasimində qucaqlaşaraq, birlikdə rəqs ediblər.

Qeyd edək ki, illərdir Jarerd Letonun homoseksual olduğu iddia edilirdi, aktyor həmişə bu iddialara ya cavab vermir, ya da sərt reaksiya verir. Görünür, qaradərili gözəlçə ilə Jarerdin eşqi Hollivudu hələ çox məşğul edəcək.

Şahzadə Harri Uelskiy və Anastasiya Quseva

Принц Гарри

Анастасия Гусева

Şahzadə Harrinin uzun müddətdir cazibədar model Anastasiya Qusevaya heyran olduğu məlum idi. Gənc modelin bu eşqə müsbət baxdığı deyilir. Bu iddialara tərəflərdən heç biri aydınlıq gətirməyib. Ancaq od olmayan yerdən tüstü çıxmaz deyərək, Harri ilə Anastasiyanı da ilin cütlüklərindən hesab edə bilərik.

İrina Şeyk və Duzin Conson

Дуэйн Джонсон и Ирина Шейк

Ирина Шейк и Дуэйн Джонсон

Cazibədar model İrina Şeyk futbolçu sevgilisi Kriştiano Ronaldodan ayrıdldıqdan qısa müddət sonra vaxt itirmədən özünə yeni sevgili tapdı. Onun ayrılıq xəbərini eşidən kişilər həyəcanlanıb eşq təklifləri göndərməyə başlasalar da, qalib məşhur aktyor Duzin Conson oldu. Bir çox tədbirdə birlikdə iştirak edən cütlük eşq yaşadıqlarını etiraf etməsələr də, bu iddiaları inkar da etmirlər. Hər halda davranışları, bir-birlərinə olan səmimi baxışları hər şeyi açıq-aşkar ifadə edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm