Tabloid.az
Bleyk Layvlinin ən gözəl 5 saç modeli - Fotolar
“Gossip Girl” serialı ilə məşhurlaşan və bir neçə gün öncə ana olan cazibədar aktrisa Bleyk Layvli tez-tez möhtəşəm stili ilə gündəmə gəlir. Gözəlliyi və zövqlü seçimləriylə getdiyi hər yerdə nəzərləri özünə cəlb edən ulduzun saç modelləri də çox bəyənilir.
Onun ən gözəl aksessuarı da elə saçlarıdır. Odur ki, müxtəlif saç modellərini sınaqdan keçirməyə çəkinmir. Ən önəmlisi isə odur ki, aktrisa onu zərif və füsunkar göstərən saç modellərinə üstünlük verir. Bir sözlə, siz də Bleyk kimi cazibədar görünmək üçün onun saç modellərindən ilham ala bilərsiniz.
Sizin üçün gözəl ulduzun ən yaxşı saç modellərini seçmişik:
Təbii dalğalar
Həm dəvətlərdə, həm də gündəlik həyatda gözəl aktrisanı bu saçlarla görə bilərsiniz. Tez və asan hazır olan, həm də çox gözəl və təbii görkəm bəxş edən dalğalı saçlar gözəlliyinizi ortaya çıxaracaq.
Toppuz
Şıq görünmək üçün ən ideal saç modellərindən biridir. Bleyk kimi siz də toppuz saçlara tez-tez müraciət edə bilərsiniz.
Dağınıq hörülmüş saçlar
Adi hörüklər sizi bəsit göstərə bilər. Ancaq dağınıq hörüklü saçlar şıq, zərif görünməyin ən asan üsulu hesab edilir. Bu saç modelinin ən yaxşı cəhəti qadını olduqca təbii göstərməsidir.
Vintaj
70-ci illərdən günümüzə kimi gəlib çıxan bu saç modeli də Bleykin sevdiyi saç modelləri arasındadır. Gözəl aktrisa saçlarına bu formanı verəndə saç bandından istifadə etməyi də unutmur.
At quyruğu
Bleyk Layvliyə at quyruğu saç çox yaraşır. Çünki onun üz quruluşuna uyğun bir saç modelidir. Siz də özünüzə yaraşdırırsınızsa, bir neçə ildir dəbdən düşməyən at quyruğu saçları sınaqdan keçirin.
Tabloid.az
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO