Firni - Resept
Bizi izləyin

Tabloid.az

Firni - Resept

Tabloid.az firninin reseptini təqdim edir:

Tabloid.az firninin reseptini təqdim edir:

İnqrediyentlər:

Düyü unu – 4 xörək qaşığı

Süd – 1 litr

Şəkər – 3 xörək qaşığı

Gülab – 3 xörək qaşığı və ya

Darçın – 1 xörək qaşığı

Zəfəran – 2-3 tozcuq

Duz – zövqə görə

Hazırlanması:

Balaca qazanda düyü unu və süd qarışdırılır, şəkər, duz tökülür. Yumrular əmələ gəlməsin deyə, yaxşı-yaxşı çalınır və vam odda qatılaşana qədər bişirilir, manna sıyığı qatılığında.

Sonra gülab əlavə edilir, üstünə darçın tökülür, çərəz nimçələrinə çəkilir və ortasına zəfəran suyu damcıladılır. Bu xörəyi süfrəyə həm isti, həm də soyuq halda çərəz kimi vermək olar.

Zəfəran suyu almaq üçün tozcuqlar stəkana qoyulur və üstündən bir az qaynar su əlavə edilib üstü örtülərək 10-15 dəqiqə saxlanılır.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm