Tabloid.az
Saç tökülməsinin qarşısını alan maskalar
Saç tökülməsi bu gün bir çox insanların, xüsusilə qadınların üzləşdiyi əsas problemlərdən biridir. Saç tökülməsinə bir sıra amillər səbəb ola bilər: qanazlığı, xəstəlik, stress, göbələk infeksiyaları və sairə ilə bağlı ola bilər.
Tabloid.az saç tökülməsinin qarşısını alan maska reseptlərini təqdim edir:
Yumurtalı soğan maskası
1 ədəd quru soğanı əzin, 1 ədəd yumurtanın sarısı ilə qarışdırın. Hazırlanan məhlul saçın dibinə sürtün. Maska saçlarda 1-1,5 saat qalandan sonra, saçları ilıq su ilə yuyun.
Soğan maskası
3 ədəd soğanı sürtgəcdən keçirin. Saçın dibinə sürtüb 1-2 saat saxladıqdan sonra yuyun.
Ballı maska
2 xörək qaşığı doğranmış soğan, 2 xörək qaşığı bal və 1 yumurta sarısı qarışdırın. Saça sürtüb 1-2 saat saxlayın.
Sarımsaq maskası
1 xörək qaşığı bal, 1 baş sarımsaq, 1 qaşıq aloe suyu, 1 yumurta sarısı yaxşı-yaxşı qarışdırın. Təcili istifadə edilməyəcəksə, yumurta əlavə edilmədən bir neçə gün soyuducuda saxlamaq olar. Maskadan əvvəl saçlar yuyulur. Daha sonra məhlul saça çəkilir. 30 dəqiqə saxlayandan sonra, ilıq su ilə yaxalayın.
Maya maskası
1 stəkan ilıq suya 4 yemək qaşığı maya əlavə edib əridin. Saç diblərinə masaj edərək yedirin. Saçları dəsmalla bükün və 1 saat gözləyin. Maya xəmiri qabartdığı kimi saçları da qurudur. Həftədə 2 dəfə etmək məsləhətdir.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin