Türkiyədə onun eşq yaşamadığı gözəl qalmayıb - Fotolar
Bizi izləyin

Tabloid.az

Türkiyədə onun eşq yaşamadığı gözəl qalmayıb - Fotolar

Gözəl qadınların ürəyini ovsunlayan 41 yaşlı Kənan İmirzalıoğlu

Türkiyənin ən yaraşıqlı məşhur kişilərindən biri də sözsüz ki, Kənan İmirzalıoğludur. 1997-ci ildə “Best Model of Turkey” müsabiqəsinin qalibi olduqdan sonra bir müddət modellik edib. Daha sonra Türkiyəni təmsil etdiyi “Best Model of The World” yarışmasında qalib gələrək dünyanın ən yaxşı modeli seçilən ilk türk kişisi olub.

Ancaq onun xarizmasını görən prodüserlər Kənanı modelliyin daşını atıb aktyor olmağa razı salıblar. Özünü aktyorluqda sınamağa qərar verən Kənan artıq 15 ildən çoxdur ki, bu sənətdə zirvəyə yüksəlməyi bacarıb.

İlk serialı “Dəli ürək” də canlandırdığı Yusuf Miroğlu obrazıyla bir anda populyarlaşan Kənan daha sonrakı illərdə də reytinq rekordları qıran serialların baş rol oyunçusu kimi qarşımıza çıxıb.

“Alatoranlıq”, “Acı həyat”, “Ezel” serialları ilə yanaşı, “Yazı Tura”, “Kabadayı”, “Son osmanlı yandım Əli”, “Əjdər kapanı”, “Uzun hekayə” kimi filmlərdə canlandırdığı obrazlarla çoxlu pərəstişkar toplamağı bacarıb.

2012-ci ildə yayımlanmağa başlayan və hazırda da çəkilişləri davam edən “Karadayı” serialı üçün 4 milyon dollar qonorar alaraq Türkiyədə bir serialdan ən çox gəlir əldə edən aktyor olub.

Bir çox xanım pərəstişkarının gözündə dünyanın ən yaraşıqlı və xarizmatik kişisi olan Kənan İmirzalıoğlu sadəcə karyerasındakı uğurlu addımlarla deyil, həm də qalmaqallı eşq macəraları ilə gündəmə gəlib. 41 yaşlı aktyorun demək olar ki, Türkiyədə eşq yaşamadığı gözəl, cazibədar xanım qalmayıb. Şorgöz olduğunu qəbul etməyən Kənan İmirzalıoğlu tez-tez sevgililərini dəyişir. O, rol aldığı hər serialda tərəf müqabilinə aşiq olub. Bu günə kimi Zeynəb Tokuş, Zeynəb Beşərlər, Cansu Dərə, Berrak Tüzünataç, Cansu Tosun kimi məşhur qadınlarla eşq romanları yaşayan aktyorun son günlər adı Murat Bozun keçmiş sevgilisi Eliz Sakuçoğlu ilə hallanır.

Gözəl qadınların ürəyini fəth etməkdə ustalaşan Kənan İmirzalıoğlu maraqlı açıqlamaları ilə də diqqət cəlb edir. “Karadayı” bitdikdən sonra uzun müddət heç bir serialda rol almayacağını açıqlayan aktyor, serialların hər bölümünün 2 saat çəkməsini tənqid edir. O, bir ayda çəkilən filmlərin belə müddətinin 2 saat olmadığını, serial çəkilişlərinin onu çox yorduğunu deyir. Bundan sonra daha çox filmlərə çəkiləcəyini açıqlayan Kənan İmirzalıoğlunu daha yaxından tanımaq istəyənlər yazımızı oxumağa davam etsinlər.

Çünki Kənanın ən səmimi və maraqlı etiraflarının yer aldığı müsahibəsini tabloid.az-ın “Şirin söhbət” layihəsi çərçivəsində sizə təqdim edirik:

- Həm yaraşıqlı, həm də uğurlu olmaq necə hissdir?

- Yəqin ki, hamının arzuladığı bir hissdir.

- Yaraşıqlı olmaq genetikadan qaynaqlanır, yoxsa şans məsələsidir?

- Yaraşıqlı olmaq da, cavan görünmək də ailədən gələn bir üstünlükdür.

- Birlikdə olduğun qadında hansı xüsusiyyətlərin olması sənin üçün əhəmiyyət kəsb edir?

- Səmimi olmasını istəyərəm. Əgər birlikdə vaxt keçiririksə, o zaman keçirdiyimiz hisslər həqiqi olmalıdır. Hər qadının özünəməxsus xüsusiyyətləri olur, mənim üçün əsas səmimi və real olmasıdır.

- Bəs bir qadının səmimi olub olmadığını anlaya bilirsən?

- Əlbəttə, yox. Hələ o təcrübəyə sahib deyiləm, əslində o qədər təcrübəli bir kişinin ola biləcəyinə də inanmıram. Qadınları anlamaq üçün bir ömür kifayət etməz. İnsan dibsiz bir quyu kimidir, onun nə zaman, necə davranacağını bilmək mümkünsüzdür. Mən bəzən öz hərəkətlərimə belə təəccüblənirəm.

- Məsələn, hansı hərəkətlərin səni təəccübləndirir?

- Onu sonra, təklikdə danışarıq (gülür)

- Yaraşıqlı olmaq insanın başına bəla açır?

- Bəzən elə olur. Amma müsbət tərəfləri də var.

- Heç yalnız qaldığın vaxtlar olur, yoxsa ətrafında həmişə gözəllər olur.

- Bəzən tənhalıqdan əziyyət çəkirəm.

- Bir gün aynaya baxanda çirkin bir adama çevrildiyini görsən, nə hiss edərsən?

- Bilmirəm. Amma yaraşıqlılığın və gözəlliyin qısa müddətli olduğunu düşünürəm. Çünki müəyyən bir dövrdən sonra gözəllik itir. Münasibətlərdə isə bir neçə ay sonra gözəllik ikinci plana keçir, insanın duyğuları, xarakteri daha önəmli olur.

- Necə qadınları bəyənirsən?

- Şərab kimi qadınları.

- Səncə şərab kimi qadın necə olur?

- 35 yaşından sonra qadın yetkinləşir və daha da gözəlləşir. Həyatın qazandırdığı təcrübə, ədəb qadını daha cazibədar edir. Belə qadınların güclü duruşu, baxışı mənə təsir edir. Bəli, mən şərab kimi qadını sevə bilərəm. Amma qadın həm də sadə olmalıdır. Cazibədar, eyni zamanda da təvazökar. Zərif, həm də özünə inamı olan, sərt… Gözəl olduğunun fərqində olan, amma özünə heyran olmayan qadın hər kişinin arzusudur. Gözəl qadın özündən başqasını düşünməsə, ətrafını görə bilməz, onda da gözəlliyinin cazibəsi qalmaz.

- Bu günə kimi bir qadın üçün etdiyin ən çılğın hərəkət nə olub?

- Vallah heç vaxt elə çılğınlıqlara və ya sürprizlərə ehtiyac olmayıb. Bir az özündən razı cavab oldu, amma bu reallıqdır.

- Uzun müddətli əlaqələrin oldu, amma evliliklə nəticələnmədi, niyə?

- Bu əsgərlik kimi bir şey deyil ki, hansısa yaş dövründə mütləq evlənməlisən. Evlənmədim, çünki hələ həyatımın qadını ilə qarşılaşmamışam. Bəlkə də qarşılaşmışam, amma fərqində olmamışam.

- Evlənmək və övlad sahibi olmaq istəyirsən?

- Əlbəttə, istəyirəm. Həyat təklikdə maraqlı keçməz. Hər halda yaşlananda mükafatlarımı qucaqlayıb yatmayacam. Anamla atamın mən ölənə kimi yaşayacaqlarını bilsəm, uşaq istəmərəm. Bir ailəyə mənsub olmağı çox istəyirəm. Evlilik üçün qarşılıqlı sevgi, hörmət vacibdir.

- Hazırda ürəyində kimsə var?

- Evlənmək istədiyim qadın olanda adını açıqlayacağam.

- “Karadayı” necə gedir?

- Hər şey yaxşıdır, ancaq bu serialdan sonra bir az fasilə verəcəyəm. Filmlərə üstünlük verməyi düşünürəm.

- Bu qərarı verməyinə nə səbəb oldu?

- Serialların müddətinin uzun olması. Elə bil həftəyə bir film çəkirik.

- Səni çox vaxt maço, dəliqanlı obrazlarda görürük.

- Deməli məni daha çox bu rollara yaraşdırırlar. Məni yaxından tanıyanlar komediya filmlərində də uğurlu ola biləcəyimi düşünürlər. Amma xarici görünüşümə görə dəliqanlı obrazlar daha uyğun görülür. Təkliflər gəlsə başqa fərqli obrazlarda özümü sınamaq istəyərəm. Ancaq təəssüf ki, maço rollar təklif edilir.

-Ö zünü müqayisə etdiyin bir aktyor var?

- Müqayisə etməyi həddsizlik hesab edirəm. Hər kəsin öz dəyəri var. Aktyorluğa yeni başlayanda məni Kadir İnanırla müqayisə etmişdilər. Bunu doğru hesab etmirəm. Kadir İnanır ömrünü aktyorluğa sərf edib. Mən heç vaxt onunla özümü müqayisə etmərəm.

- Ən böyük rəqibinin Kıvanç Tatlıtuğ olduğu deyilir.

- O mənim rəqibim yox, dostumdur.

- Kıvancın paxlavaları - qarın əzələləri haqqında nə düşünürsən?

- Mən “Güllüoğlu”nun paxlavalarını sevirəm. Kıvancın paxlavaları məni maraqlandırmır.

- Sən elə əzələlər istəmirsən?

- Mən də mütəmadi olaraq idmanla məşğul oluram. Yemək yeməyi çox sevirəm, amma özümə sərhəd qoymağı da bacarıram. Hər istədiyimi yeyirəm, amma az yeyirəm. Paxlava formalı əzələlərim yoxdur. Ancaq rol üçün lazım olsa mən də əzələ yığaram, adi vaxtda isə mənə lazım deyil. Bəlkə bundan sonra kök bir obrazı canlandırmalı oldum, nə bilmək olar.

- Bəzi yaraşıqlı gənclər kəşf edilmək, pul və şöhrət qazanmaq ümidinə düşüb yarışmalara qatılırlar. Səncə onların ümidi özünü doğrulda bilər?

- Məşhur olmaq istəyən gənclər əvvəlcə hədəflərini müəyyənləşdirməlidirlər. Şans, qismət, təsadüf ilə şöhrətə gedən yol açıla bilər, amma ehtimal olduqca azdır. Qismət və təsadüf sizi bir yerə qədər gətirə bilər. Müvəffəqiyyətin davamlı olması üçün çox çalışmaq lazımdır. Şöhrət alovdan tikilmiş köynək kimidir. İnsanı real olmayan şeylərə inandırır. Gözlərindən pərdə qalxanda isə həqiqətlə üzləşmək çətindir. Mən universitetdə oxuyarkən gündəlik xərclərimi çıxarmaq üçün modelliyə başlamışdım. İlk hədəfim universiteti bitirmək idi, bitirdim. Ancaq sonra modelliyi və aktyorluğu sevdiyimi gördüm, öz üzərimdə çox işlədim. İşimin və şöhrətimin insani dəyərlərimin önünə keçməsinə icazə vermədim.

- İnsani dəyərlərin nələrdir?

- Vicdanlı, ədalətli olmaq, heç kimin haqqını tapdalamamaq. Vicdan duyğusu mənə anamdan keçib. Səhv bir şey etsəm, çox narahat olaram. Qürur məsələsi etmərəm, lazım olsa, üzr istəyərəm. İnsanlara yuxarıdan aşağı baxmaram. Bir də qısqanclıq hissi yoxdur məndə, insanların uğurlarına sadəcə sevinə bilərəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm