Seks səhnələri tamaşaçıların etirazına səbəb oldu – Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Seks səhnələri tamaşaçıların etirazına səbəb oldu – Fotolar, Video

Uitni Hyustonun pərəstişkarları tərəfindən səbirsizliklə gözlənilən “Uitni” filmi qalmaqala səbəb olub

Amerikalı müğənni Uitni Hyustonun pərəstişkarları tərəfindən səbirsizliklə gözlənilən “Uitni” filmi qalmaqala səbəb olub. Belə ki, üç il əvvəl dünyasını dəyişən müğənninin həyatından bəhs edən filmdəki bəzi səhnələr izləyiciləri əsəbiləşdirib.

Narkotikdən istifadə və seks səhnələrinin çox olması tamaşaçıların etirazına səbəb olub.

Uitni Hyustonu aktrisa Yaya Dakostanın canlandırdığı filmin rejissoru Angela Bassetdir.

Filmdə Uitni Hyustonun müğənni Bobbi Braunla ailə həyatından bəhs olunur.

Qeyd edək ki, Bobbi Braunla evliliyindən Kristina adlı bir qızı olan Uitni daha çox "I'll always love you" (“Mən həmişə səni sevəcəyəm”) adlı mahnısı ilə şöhrət qazanıb. Müğənni 48 yaşında həyatla vidalaşıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm