Həyat yoldaşı Corc Kluniyə şərt qoydu: “5 kilo arıqla, yoxsa…”
Bizi izləyin

Tabloid.az

Həyat yoldaşı Corc Kluniyə şərt qoydu: “5 kilo arıqla, yoxsa…”

Amal Alamuddin və Corc Kluni ilə bağlı dedi-qodular səngimək bilmir

Ötən il ailə quran və Hollivudun ən məşhur cütlüklərindən birinə çevrilən vəkil Amal Alamuddin və aktyor Corc Kluni ilə bağlı dedi-qodular səngimək bilmir. Deyilənlərə görə, Amalla Corc Kluni tez-tez qidalanma rejiminə görə mübahisə edirlər. Amalın Corc Kluniyə xüsusi qidanlanma planı hazırladığı bildirilir. Gözəl vəkil həyat yoldaşının "Oskar" mükafatı mərasiminə kimi 5 kilo arıqlamasını istəyir. Həyat yoldaşının spirtli içkidən, süd məhsullarından və yağlı ət yeməklərindən imtina etməsini şərt qoyan Amal əks təqdirdə onunla mükafatlandırma mərasiminə getməyəcəyini deyib.

Yeyib-içməyi sevən Corc Kluninin daim qadağalar qoyan Amalla evliliyinin uzun çəkməyəcəyi təxmin edilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm