• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Fatimə İntiqam və Ehtiram qardaşları ilə bir araya gəlir

Fatimə İntiqam və Ehtiram qardaşları ilə bir araya gəlir

Rəqqasə Fatimə Fətəliyeva “Davay dosvidaniya” meyxanası ilə məşhurlaşan İntiqam və Ehtiram qardaşları ilə birgə layihə həyata keçirəcək. Bu barədə Tabloid.az-a rəqqasənin özü məlumat verib. O, bildirib ki, həmin layihənin Azərbaycanda analoqu olmayacaq: “Bir neçə ay öncə İntiqam və Ehtiram qardaşları ilə görüşüb birgə layihə həyata keçirmək üçün razılığa gəldik. Həmin layihə bu illər ərzində keçdiyim yaradıcılıq yoluma həsr olunacaq. Bu barədə ətraflı danışmaq istəmirəm. Çünki şou-biznesdə ideya oğruları çoxdur. Tezliklə çəkilişlərə başlayacağıq. Layihə hazır olduqdan sonra mediaya təqdim olunacaq. Düşünürəm ki, bu layihə Azərbaycanda ilk dəfə həyata keçiriləcək”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR