Rus etnik motivləri əsasında hazırlanmış möhtəşəm kolleksiya - Fotolar
Bizi izləyin

Tabloid.az

Rus etnik motivləri əsasında hazırlanmış möhtəşəm kolleksiya - Fotolar

Rus etnik motivləri əsasında hazırlanmış möhtəşəm kolleksiya

Parisdə "Salomon de Rotşild" hotelində "Valentino" moda evinin yaz kolleksiyasının nümayişi keçirilib. "Valentino" moda evinin dizaynerləri üçün yeni mövsümdə əsas ilham mənbəyi Mark Şaqalın əsərləri olub. Sözügedən rəssamın isə Vitebskdə doğulduğunu nəzərə alsaq, buradan belə nəticəyə gəlmək olar ki, Rusiya imperiyasına məxsus etnik motivlər podiuma yenidən qayıdır.

Pierpaolo Picciolo və Maria Grazia Currie rəssamların əsərlərindən bəhrələnməyə davam edirlər. Rəssamlardan ilhamlanaraq hazırlanan kutyur kolleksiyası ardıcıl olaraq 3-cü dəfə nümayiş olunur.

Bu dəbdəbəli geyimlərdə podiuma çıxan qızlar tikmə sənətinin gözəlliyini nümayiş etdiriblər. Onlar zərif jiletlərdə, xəz köbə paltarlarda, köynəklərdə və qəşəng sarafanlarda rus nağıllarının qəhrəmanlarına bənzəyirlər. Qeyd edək ki, bu üslubu belarus xanımlarının geyimlərinə də çox yaxındır.

Rusiya mətbuatına istinadən yeni kolleksiyasının fotolarını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm