Əldən ələ keçən 100 manat...
Bizi izləyin

Tabloid.az

Əldən ələ keçən 100 manat...

Filmin əsas sujet xətti yüz manatlıq əskinas üzərində qurulub

Populyar müğənni Roza Zərgərli filmə çəkiləcək. O, "100 kağız" adlanan komediyanın baş qəhrəmanlarından birini canlandıracaq

Bunu Tabloid.az-a filmin rejissoru Şahin Zəkizadə deyib.

Onun sözlərinə görə, filmin əsas sujet xətti yüz manatlıq əskinas üzərində qurulub. Əskinas əldən ələ keçərək, sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır – həkim, yol polisi, müğənni, falabaxan, molla və sairə.

Filmdə Azərbaycan kino və teatrının tanınmış simaları Afaq Bəşirqızı, Valeh Kərimov, Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Bəhram Bağırzadə, Azər Axşam, Zemfira Adıgözəlova və digərləri çəkilib.

Çəklişlər fevralın 1-dən başlayacaq. Martın 15-də “Nizami” Kino Evində filmin təqdimetmə mərasimi keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm