Qışda yaranan bel ağrılarını azaldan tövsiyələr
Bizi izləyin

Tabloid.az

Qışda yaranan bel ağrılarını azaldan tövsiyələr

Qışda yaranan bel ağrılarını azaldan tövsiyələr

Soyuq hava şəraitinin səbəb olduğu problemlərdən danışarkən, ağlımıza ilk olaraq soyuqdəymə, qrip kimi tənəffüs yollarının infeksiyası gəlir. Halbuki, soyuğun yol açdığı bir çox başqa problemlər də mövcuddur. Məsələn, artıq təsdiq olunub ki, diqqət etmədiyimiz təqdirdə onurğaların soyuqlaması ciddi bel ağrısına yol açır. Soyuq hava, degenerasiya olmuş (dəyişikliyə uğramış) onurğalarda yırtığa səbəb olur. Beyin və Sinir Cərrahiyyəsi Üzrə Mütəxəssis Dr. İbrahim Sun soyuq havanın onurğa sağlamlığı üçün təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, oynaqlar zamanla müxtəlif səbəblərdən degenerasiyaya məruz qalır. Odur ki, hər kəs az və ya çox dərəcədə soyuğun təsirini hiss edir. Ancaq mütəmadi olaraq məşq etməyən, artıq çəkidən əziyyət çəkən və ya duz yığılması problemi olan insanların onurğaları soyuğa qarşı daha dözümsüz olur. Ona görə də, belimizi soyuq havadan qorumaq çox mühümdür.

Onurğadakı oynaqlar hərəkətsiz həyat tərzi və artıq çəki ilə əlaqədar olaraq dəyişikliyə məruz qalır. Bunun nəticəsində oynaqların ətrafındakı əzələlər ilə əlaqə gərginləşir, daşlaşır (duz yığılır). Oynaqların ətrafındakı əzələlər zəifləyir və boyu qısalır. Oynaq və ətrafındakı bütün bu mənfi dəyişikliklər "degenerasiya" adlanır. Əzələ ilə əlaqələrin gərginləşməsinə yol açan başqa bir amil isə soyuq havadır! Belə ki, soyuq hava nəticəsində əzələ gərginləşəndə beldə ağrılar yaranır. Dr. İbrahim Sun açıqlamasında bildirib ki, soyuqdəymə nəticəsində yaranan ağrının şiddəti insandan insana dəyişir: "Bəzi insanlar belin arxasında yüngül bir ağrıdan şikayət edir, bəziləri isə beli tamamilə tutulduğu üçün heç hərəkət edə bilmir”.

Soyuq hava yırtıqlara da zəmin hazırlaya bilər

Soyuq hava onurğada yırtıqlara da səbəb olur. Bu da oynaqlarda əvvəlcədən hər hansı problem olduğu təqdirdə baş verir. Dr. İbrahim Sunun sözlərinə görə, soyuq hava, xüsusilə bel sağlamlığına diqqət etməyən insanların onurğasındakı oynaqlarda əzələ ilə əlaqələrin gərginləşməsinə yol açıb, bel yırtığı ehtimalını artırır. Məsələn, normalda yerdən 5 kq qaldırdıqda, belinizdə heç bir problem olmur. Soyuqdəymə zamanı isə onurğadakı oynaqların ətrafındakı əzələlər gərginləşir, əzələnin boyu qısalır və gücünü itirir. Belə vaxtlarda 5 kilo ağırlığında hər hansı əşyanı götürmək yırtıqlara gətirib çıxarır.

Ağrınız varsa, hərəkət etməyin

Hərəkət etməyin bel ağrısına yaxşı təsir etdiyi və və ağrıları azaltdığı barədə səhv təsəvvür formalaşıb. Əslində isə hərəkət etmək, onurğanın daha da gərginləşməsinə səbəb olur.Ona görə də, beliniz ağrıyanda hərəkət etməkdən çəkinin, həkiminizlə görüşənə qədər dincəlin. Beyin və Sinir Cərrahiyyəsi Üzrə Mütəxəssisi Dr. İbrahim Sun bel ağrısı müalicəsinin dəqiq diaqnozu qoyulduqdan sonra dəyişdiyini bildirib: "Bel ağrısının 95 faizi soyuq hava və belin qaldıra bilmədiyi yük altında qalması kimi mexaniki səbəblərdən qaynaqlanır. Bu hallarda tibbi müalicə və istirahət kifayət edir. Ancaq əzələ yumşaldıcı və ağrı kəsici dərmanlar həkim məsləhəti olmadan qəbul edilməməlidir. Belə dərmanlar mədə-bağırsaq patologiyaları kimi əks təsirlərə yol açır. Ağrıların yerdə qalan 5 faizinin səbəbi isə bel yırtıqları ola bilər. Bel yırtığı və ya kanal darlığı kimi patologiyaların səbəb olduğu ağrıların yeganə çarəsi isə cərrahi müdaxilədir.

Belinizi 8 üsulla soyuqdan qoruyun!

Bir çox adamın əziyyət çəkdiyi bel ağrısına səbəb olan amilləri bu cür sadalamaq olar: ağır əşya daşımaq və həddindən artıq çəki. Əslində qış mövsümündə bir neçə sadə tədbirlə soyuq havadan qaynaqlanan bel ağrısından xilas olmaq mümkündür.

Soyuq havada bayıra çıxdıqda qalın geyinin.

Kondisionerlərinin bilavasitə onurğaya tərəf vurmamasına diqqət edin.

Çox isti mühitdə olduğunuz zaman birdən-birə soyuq mühitə çıxmayın.

Hər gün müntəzəm şəkildə məşqlər edin.

İdman edərkən tərləyirsinzisə, paltarlarınızı tez-tez dəyişin.

Artıq çəkidən azad olun.

Bir saatdan çox oturmayın və ya ayaqda qalmayın.

Ağır yük daşımayın və ya yanınızdakılardan dəstək alın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm