Su içməyin zərərli olduğu ortaya çıxdı
Bizi izləyin

Tabloid.az

Su içməyin zərərli olduğu ortaya çıxdı

Gün ərzində 2 litr su içmək problemlərə səbəb olur

Demək olar ki, bütün diyetoloqlar, bütün həkimlər gün ərzində 1-2 litr su içməyi tövsiyə edirlər. Bir çoxları elə bilirlər ki, su içmək həm orqanizm üçün faydalıdır, həm də arıqlamağa kömək edir. Ancaq yeni aparılan araşdırmalar göstərib ki, suyu da həddində içmək lazımdır. Hər şey kimi suyun da çox qəbul edilməsi zərərlidir.

Araşdırmanı aparan ingiltərəli professor Mark Uitni çox su içənlərin müəyyən problemlərlə üzləşə biləcəklərini deyir.

“Orqanizmin öz mexanizmi var. Əgər ürəyiniz yanırsa, deməli su içməlisiniz. Ancaq ürəyiniz istəmədiyi vaxtlarda su içmək lazım deyil. Bədənimiz gün ərzində yediyimiz qidalardan yarım litr su əldə edir. Bundan başqa, içdiyimiz çay və digər içkilər də su ehtiyacımızı ödəyir. Bütün bunlardan əlavə olaraq gündə 8 stəkan su içməyə çalışanlarda müəyyən problemlər baş verə bilər”.

Professorun sözlərinə görə, bədənin ehtiyacı olmadığı halda su içmək ürək və böyrək kimi orqanlara zərərlidir.

“Ürək xəstəlikləri yarana bilər. Çünki çox su içmək qan dövranına təsir edir. Çox su içmək tərləmə prosesisini də sürətləndirir. Həmçinin, böyrəklər bu suyu bədəndən xaric etmək üçün daha çox işləməli olur. Bu da orqanların yorulması və xəstələnməsi ilə nəticələnir”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm