İfaçılarımız “O səs Türkiyə”ni fəth edirlər – Video
Bizi izləyin

Tabloid.az

İfaçılarımız “O səs Türkiyə”ni fəth edirlər – Video

Azərbaycanlı ifaçılar “O səs Türkiyə”ni fəth edirlər

Dünən “O səs Türkiyə” yarışmasında üç azərbaycanlı ifaçı iştirak edib. Yarışmanın çarpaz duellər bölümündə iki azərbaycanlı bir-biri ilə yarışıb. Məltəm Abbasova ilə İsmayıl Qubliyev tamaşaçı qarşısına çıxıblar.

M.Abbasova “Queen” qrupunun repertuarından “Show must go on”, İsmayıl isə İbrahim Tatlısəsin “Yalnızım dostlarım” mahnısını oxuyub.

Bu yarışmada Məltəm Abbasova qalib gəlib.

Həmçinin çarpaz duellər mərhələsində yarışmanın əsas favoritlərindən sayılan həmyerlimiz, müğənni Elnur Hüseynov da səhnəyə çıxıb.

Ebru Gündeşin komandasında olan Elnur Karmen operasından Habaneranın partiyasını səsləndirib.

Hadisənin komandasından Sidenur və Mazhar-Özkan cütlüyünün komandasından Naciyə ilə yarışan həmyerlimiz yenə də qalib olub.

Zalın səsverməsinə görə üçlüydə ən çox səs toplayan Elnur növbəti mərhələyə keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm