Elza Vaqif Səmədoğluna şeir həsr edib
Bizi izləyin

Tabloid.az

Elza Vaqif Səmədoğluna şeir həsr edib

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Vaqif Səmədoğlunun vəfatına şeir həsr edib.

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Vaqif Səmədoğlunun vəfatına şeir həsr edib.

Yazdığı şeiri sosial şəbəkədə paylaşan sənətçi şeiri yazmaq üçün ilhamın ona ətir satan bir oğlan tərəfindən gəldiyini də əlavə edib.

“Avtomobilimdə əyləşmişdim. Birdən səliqəli bir oğlan uşağı maşına yaxınlaşdı. Pəncərəni açanda dilənmədiyini, ətir satmaqla pul qzandığını bildirdi. Elə bu an bir şeir yazmaq gəldi içimdən… Vaqifin ətiri…

Gəldim səni yola salım,

Ətrini aldım…

Sorağını saldım

Səni yola salanların

Salamını aldım…

Bir məktəbli oğlandan

Mənə yaxınlaşıb,

Pul dilənmirəm,

Ətir satıram

Şairi yola salıram oğlan,

Ətir almıram.

Ətir vurmuram!

Ehh..

Bu gün məni heç kəs başa düşmək istəmədi…

Cavabını aldım…

Ətir satıram.

Çətir satıram,

Sətir satıram

Offf…

Səmədin oğlun yola salıram

Başa düşürsən?

Oğlan !?

Nə olar alın…?

Ətir satıram.

Atama kömək edirəm.

Anam bacıma baxır.

Bəli Çatır.

Gündə mənə iki ətir baxır.

Ətir satıram.

Ver oğlan

Ətrini ver!

Gəlmişdim Vaqifi yola salım.

Barı onun ətrini səndən alım…

Ətrini aldım…

Ver oğlan

Ətrini alım…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm