Tabloid.az
Qadını gözəlləşdirən və sakitləşdirən şokolad maskası
Şokolad maskası insan orqanizmində qocalma prosesini ləngidir və dərinin cavan və gözəl qalmasına səbəb olur. Şokolad qoxusu insanı sakitləşdirir və stressdən azad olmaqda müsbət rol oynayır.
Üz üçün şokolad maskası
Üz dərisinin cavanlaşması üçün effektiv maska: 50 qram şokoladı su hamamında əridirik, 1 çay qaşığı zeytun yağı əlavə edib, üz dərisinə ehtiyatla çəkirik. 15-20 dəqiqə gözlədikdən sonra qaynadılmış su ilə üzümüzü yuyuruq.
Saçlar üçün maska
Şokolad maskası saçları qidalandırır, sağlam və gözəl edir. Qara şokoladı su hamamında əritdikdən sonra 2 yumurta sarısı, 1 xörək qaşığı isidilmiş zeytun yağı ilə yaxşıca qarışdırıb başınızı masaj edin. Daha sonra dəsmala büküb 1 saat gözləyin və şampunla yuyun. Bu maskanı həftədə 1 dəfə edə bilərsiniz.
Zəif və nazik saçlar üçün isə belə maska effektiv hesab edilir. Yenə şokoladı su hamamında əritdikdən sonra yoqurt və bal əlavə edilir. Hazır məhluldan yuxarıda yazıldığı kimi istifadə edə bilərsiniz.
Bədən maskası
Bədən üçün nəzərdə tutulan maskalar yalnız problemli zonalara istifadə edilməlidir. Əridilmiş şokolad + gündüz qidalandırıcı kremi + badam yağı + jojoba yağı + meyvə əzməsi (banan, şaftalı, yemiş) qarışdırıb dəriyə çəkilir.
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi