Madonnaya oxşamaq üçün 175 min xərcləyən gənc oğlan - Fotolar
Bizi izləyin

Tabloid.az

Madonnaya oxşamaq üçün 175 min xərcləyən gənc oğlan - Fotolar

Adam Querra adlı Madonna fanatı özünü məşhur müğənniyə bənzətmək üçün 175 min dollar xərcləyib

Adam Querra adlı Madonna fanatı özünü məşhur müğənniyə bənzətmək üçün 175 min dollar xərcləyib.

Amerikalı gənc bunun üçün dəfələrlə plastik əməliyyat keçirməli olub.

"My Strange Addiction” (“Mənim qəribə asılılığım”) verilişinə qonaq olan 27 yaşlı Adam Querra Madonnaya oxşamaq istəyinin hələ 15 yaşından bəri onu narahat etdiyini deyib:

“15 yaşımda Madonnaya aşiq oldum. Sanki o, mənim ruhumla danışırdı. Düşünürdüm ki, Madonnaya olan hörmətimi ancaq ona bənzəyərək ifadə edə bilərəm”.

Qeyd edək ki, Adam Querra Madonnanın rəqs müəllimi Karlton Vilborndan dərs alıb. Onun Madonnaya sevgisi bununla da məhdudlaşmayıb. Belə ki, gənc ifaçının qarderobu da Madonnanın libaslarına uyğundur. O, bu paltarlara 100 min dollar pul xərcləyib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm