Vüsalə Rəcova ancaq peşəkarlarla çalışır
Bizi izləyin

Tabloid.az

Vüsalə Rəcova ancaq peşəkarlarla çalışır

Baba Vəziroğlu da Vüsalə Rəcova ilə əməkdaşlığından danışıb:

Yaradıcılığında fasilə verməyən müğənni və teleaparıcı Vüsalə Rəcovanın repertuarında əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun sözlərinə Nazim Məmmədovun bəstələdiyi yeni mahnı yer alacaq. N.Məmmədovdan ikinci mahnı oxuyacağını bildirən sənətçi, B.Vəziroğlu ilə əməkdaşlığının ilk olduğunu diqqətə çatdırıb. Yaxın aylarda konsert verməyi planlaşdıran və qastrol səfərlərinin olacağını diqqətə çatdıran sənətçi xanım dinləyicisinin zövqünü yenə də peşəkar mahnılarla oxşayacağına söz verib.

Baba Vəziroğlu da Vüsalə Rəcova ilə əməkdaşlığından danışıb:

“Vüsalə xanımın səsini ekrandan izləmişəm. Musiqi arenasında öz dəsti-xətti olan xanımdır. Xalq və bəstəkar mahnılarına peşəkar səviyyədə yanaşan istedadlı müğənnidi. Əməkdaşlığımızın ona növbəti uğuru qazandıracağına inanıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm