Elza Seyidcahan oğlunun narkoman olmasına münasibət bildirib
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahan oğlunun narkoman olmasına münasibət bildirib

Elza Seyidcahan narkoman oğlunun qumarda 90 min manat uduzmasından danışıb.

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın oğlunun qumarda 90 min manat pul uduzduğu və bu səbəbdən anasının avtomobilini satıb ölkədən qaçması barədə şayiələr yayılıb. Yayılan xəbərdə müğənninin oğlunun narkotikdən asılı olması da yazılıb. Tabloid.az xəbər verir ki, Elza Seyidcahan bu söz-söhbətə “Adam içində” verilişinə zəng edərək münasibət bildirib.

“Bu xəbəri yayan insanları məhkəməyə vermək fikrim yoxdur. Mənim onlara ən böyük cəzam onları Allahın məhkəməsinə verməkdir. Əgər bizim kimi insanların qanı bahasına pul qazanıb, saytlarını oxutdururlarsa... Mənim mələk kimi oğluma şər atırlar. Oğlumun toyundan əvvəl mən elə sürdüyüm avtomobili iradə edirəm. Mənim oğlum kart oynamır. O, heç evdə nərd oynamır. Mənim oğlum evlənib, musiqiçidir. Bütün yazılanlar ağ yalandır. Biz bir tikə çörək pulu üçün ora-bura qaçırıq. İstəmirəm məhkəmələrdə sürünək”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm