Tabloid.az
Hansı xəstəlik insanı kor edə bilər?
Bəzi xəstəliklər birbaşa gözə təsir edir. Bu xəstəliklər gözdə müəyyən problemlərə səbəb olmaqla yanaşı korluğa da gətirib çıxara bilir.
Tabloid.az hansı xəstəliklərin korluğa səbəb ola biləcəyini araşdırıb.
Göz həkimləri hər kəsə mütəmadi olaraq gözlərini müayinə etdirməyi məsləhət görürlər. Çünki göz çox həssas orqandır. Ona laqeyd yanaşsanız, bədəninizin dünyaya açılan pəncərəsini ömürlük itirə bilərsiniz.
Bir çox insanın qorxulu yuxusu olan korluq təkcə göz xəstəliklərinin nəticəsi olaraq ortaya çıxmır. Statistika göstərir ki, şəkər xəstəliyi korluğun əsas səbəblərindən biridir. Bu təhlükəli xəstəlik dünyada 4,5 milyon insanın kor olmasının səbəbkarı hesab edilir. Şəkər xəstəliyi üzündən kor olmaq halları daha çox 40 yaşı ötən insanlarda müşahidə edilir.
Tədqiqatçılar göz təzyiqinin də korluq səbəbi olduğunu bildirirlər. Onların sözlərinə görə, göz təzyiqi korluğa səbəb olan ikinci ən təhlükəli xəstəlikdir.
Bir çox insanın ciddi qəbul etmədiyi və buna görə də vaxtında müalicə tədbirləri görmədiyi bu iki xəstəlik adamı ömürlük qaranlığa məhkum edə bilər.
Odur ki, vaxtı-vaxtında müayinədən keçməyə və sağlamlığınızın düşmənləri olan xəstəliklərlə doğru şəkildə mübarizə aparmağa çalışın.
Tabloid.az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK