Səlim: “Türkiyəyə gedib-gəlməklə nə olacaq ki?”
Bizi izləyin

Tabloid.az

Səlim: “Türkiyəyə gedib-gəlməklə nə olacaq ki?”

Əvvəllər bir ifadə var idi. Biləcəridən o tərəfə keçməyib.

Əməkdar artist, skripka ifaçısı Səlim Abbasov Türkiyəyə gedən həmkarlarından danışaraq, özünü ora deyil, Avropaya yaraşdırıb. Tabloid.az xəbər verir ki, bu haqda sənətçi “ATV Maqazin” verilişinə açıqlama verib.

“Əvvəllər bir ifadə var idi. "Biləcəridən o tərəfə keçməyib", - deyirdilər. Mən Avropaya gedib-gəlirəm. Türkiyəyə gedib-gəlməklə nə olacaq ki? Türkiyədən yaxın hara var”.

Bundan əlavə skripka ifaçısı klip çəkdirməyə hazırlaşdığını da dilə gətirib. Amma o, bu kliplə hər kəsi təəccübləndirəcəyinə əminliyini ifadə edib: "Klip çəkdirəcəyəm. Amma həmin klipdə skripka deyil, digər bir simli alətdə ifa edəcəyəm. Bu sürpriz layihə olacaq. Hamınız görəcəksiniz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm