Çingiz Mustafayev həmkarlarını məsxərəyə qoydu
Bizi izləyin

Tabloid.az

Çingiz Mustafayev həmkarlarını məsxərəyə qoydu

İfaçı rejissorların da bostanına daş atdı

Gənc müğənni Çingiz Mustafayev toya gedən bəzi həmkarlarını məsxərəyə qoyub. Tabloid.az xəbər verir ki, ATV telekanalına müsahibə verən ifaçı həmkarlarını zövqsüz və kök adlandırıb: “İrəli getmək istəsəm yekə qarın buraxacağam, qalın qalstuk taxacağam, burnu yuxarı qalxan ayaqqabılar geyinib, saçımı baltavarı ayırıb toy bazarına girməyə çalışacağam. Yəqin, o "vid"də olsam, toy bazarım çoxalacaq”.

Həmkarlarını ələ salan müğənni, yerli rejissorların da bostanına daş atıb: “Türkiyədə rejissorluq təhsili almaq istəyirəm. Özümün kameram da var. Həvəskar çəkilişlər edirəm. Amma bunu professional formada etmək istəyirəm. Azərbaycanda istədiyim kimi klip çəkən yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm