Sevgililər günü üçün stil təklifləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Sevgililər günü üçün stil təklifləri - Fotolar

Sevgililər günü üçün stil təklifləri

Yanvar ayını yola salırıq. Romantik fevral ayı, həm də Sevgililər günü yaxınlaşır. Cütlüklər indidən bu günə hazırlıq görürlər.

Xaraktercə romantik insan deyiləm. Lakin bu günün mənasını və əhəmiyyətini sevirəm. 14 fevralı nə cür qeyd edəcəyinizi, həmin gün üçün nə fikirləşdiyinizi bilmirəm. Əsl məhəbbətin hələ də mövcud olduğuna inananların isə bu özəl günü layiqli şəkildə qeyd edəcəklərinə şübhə etmirəm. Sevgililər gününü xüsusi şəkildə qeyd etməyə hazırlaşan xanımlar sevgilisinə almalı olduğu hədiyyədən çox, gözəl görünmək haqqında düşünürlər. Geyim üzərində əməli-başlı baş sındırmalı olurlar.

Qırmızı eşq-məhəbbət rəngi olduğu üçün ilk ağla gələn rənglərdən biridir. Xanımların çoxu geyimdə səhvə yol verməkdən qorxduğu üçün qırmızını qara, ağ kimi klassik rənglərlə uyğunlaşdırırlar. Halbuki qırmızını əlvan rənglərlə uyğunlaşdırıb geyinmək olar. Tabloid.az modapərəst xanımlara qırımızı rənglə uyğunlaşan daha yaradıcı ideyalar təklif edir.

Dizaynerlər qırmızı ilə istifadə edə biləcəyiniz rəngləri bu cür sadalayır.

Qırmızı və bənövşəyi: Bu iki rəngin vəhdəti çox çətin olsa da, mümkünsüz deyil. Bir az cəsarət tələb edir, lakin doğru kombinə etdikdə gözlənilməz, təsirli obrazlar yaratmaq mümkündür.

kırmızı ve mor

Bənövşəyiyə nəzərən yumşaq çəhrayı ilə qırmızını birləşdirmək daha təhlükəsizdir. Daha cəsur xanımlar çəhrayının daha tünd çalarlarını uyğunlaşdıra bilərlər. Bu rəngləri birləşdirməyin ən risksiz yolu sadə və klassik modellər seçməkdir.

kırmızı ve pembe 2

Qırmızı ilə qaranı uyğunlaşdırmaqdan bezmisinizsə, tünd göy rəngə üstünlük verin. Tünd göyün qaradan daha qəşəng, nəcib və zərif aurası olduğunu düşünürəm.

Bu xüsusi gündə daha parlaq və xanım-xatın görünmək istəyirsinizsə, bu ilin də hələ də favoriti olan bəbir naxışını qırmızı ilə uyğunlaşdıra bilərsiniz. Daha qəşəng və zərif olduğunu düşündüyümdən çantanı bəbir naxışlı seçməyi təklif edirəm. Eyni fikir ayaqqabılara da aid ola bilər.

Qırmızı ilə istifadəsi populyar olan rənglərdən biri də yaşıldır. Qırmızı ilə yaşılın təbii sintezinə qızılgülü göstərmək olar.

kırmıız ve yeşil

Narıncı 2014-cü ildən etibarən podiumlardan düşmək bilmir. Qırmızı ilə bir-birinə çox oxşar olduqlarından istifadəsi çətin görünür. Bu iki rənglər modern obraz yaradır.

Boz da 2014-cü ilin payız aylarından bu günə kimi dəbdə olmağa davam edir. Stil ikonası olmağa iddialısınzısa, qırmızını bozla birləşdin.

kırmızı ve gri

Mavi deyəndə, əslində okean mavisi adlandırılan tonu nəzərdə tutulur. Bu rəngli cinslər sizə qırmızı rəngi istifadə etmək imkanı verir.

kırmızı ve mavi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm