Dilinə yara çıxıbsa...
Bizi izləyin

Tabloid.az

Dilinə yara çıxıbsa...

Dildə müxtəlif səbəblərdən yara əmələ gələ bilər

Dildə müxtəlif səbəblərdən yara əmələ gələ bilər. Yanlış qidalanma, yaxşı yuyulmamış və çiy halda yeyilən qidalar, bəzi sağlamlıq problemləri, həmçinin, dili dişləmək dildəki yaraların səbəbi ola bilər.

Həkimə müraciət etdikdə onlar məhz bu problemi aradan qaldıran maz və kremlər məsləhət görürlər. Ancaq dil daim işlətdiyimiz orqanlardan olduğu üçün bu kremləri tez-tez çəkmək lazım gəlir. Bu isə həm mədə problemlərinə səbəb olur, həm də xəstənin müalicə prosesinə olan inamını itirir.

Əslində, dişləmək nəticəsində və ya hansısa qidaların təsirilə yaranan dil yaraları 4-7 gün ərzində öz-özünə sağalır. Çünki dildə olan çoxsaylı qan kapilyarları və tüpürcəyin tərkibindəki yararlı maddələr sağalma prosesinə dəstək verir.

Ancaq dildə dərin kəsiklər mövcuddursa və o parçalanmış şəkildə görünürsə, deməli, hansısa ciddi xəstəlikdən əziyyət çəkirsiniz.

Bunu müəyyənləşdirmək üçün həkim müayinəsindən keçmək lazımdır.

Ümumiyyətlə, dil yaralarının qarşısını almaq üçün ağız gigiyenasına ciddi riayət etməli, siqareti tərgitməli və immunitet sisteminizin qüvvətlənməsi üçün sağlam şəkildə qidalanmalısınız.

Ancaq bu deyilənlərə əməl etməyənlər və dildə yaranan yaralardan əziyyət çəkənlər üçün başqa həll yolları da var. Tabloid.az həmin variantları təqdim edir:

*Gündə 3 dəfə qarqara edin. Ağzınızı duzlu su ilə yaxalayın. Ancaq sonra adi su ilə duzu təmizləməyi unutmayın.

* Əgər dildəki yara qanayıbsa, soyuq su və ya buzla müdaxilə edin. Bu qanaxmanı dayandırmaqla yanaşı, ağrı və şişin də qarşısını alçaq.

* Yaranın mikrob tutmaması üçün hidrogen peroksitlə suyu qarışdırıb qarqara edin. Bu zaman suyun köpürdüyünü hiss edəcəksiniz. Həmin suyu əsla udmaq olmaz. Qarqaradan sonra ağzınızı adi su ilə də yaxalayın. Hidrogen peroksit ağızdakı bakteriyaları məhv edərək dil yarasının sağalmasını sürətləndirəcək.

*1 çay qaşığı qabartma tozuna bir az su əlavə etməklə bir məcun hazırlayın. Qarışığı dildəki yaralı bölgəyə çəkib 5-10 dəqiqə saxlayın. Ağrının azalması üçün bu prosesi gündə 2-3 dəfə tətbiq edin.

*Dildəki yaraların tez sağalması üçün bəzi qidalardan uzaq durmalısınız. Sərt qidalar, ədviyyatlı və isti yeməkləri qida menyunuzdan çıxarın.

Həmçinin, kofe, şokolad, cipsi və sitrus meyvələri də yeməməyiniz məsləhətdir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm