“Min hoqqadan çıxan əl meymunu ola bilmərəm”
Bizi izləyin

Tabloid.az

“Min hoqqadan çıxan əl meymunu ola bilmərəm”

“Göz önündə olmaq üçün min hoqqadan çıxan əl meymunu ola bilmərəm”

Bir vaxtlar jurnalist olaraq fəaliyyət göstərən, sonradan müğənni kimi gündəmə gələn Cavanşir Babəlioğlu “Taleh” adlı yeni mahnısı ilə yenidən səhnəyə qayıtmaq fikrindədir.

Sözləri və musiqisi özünə məxsus olan mahnının oranjemanı Elvin Musayevə həvalə edilib. Sosial şəbəkələrdə “Caqa” adı ilə tanınan və səhifəsində özünü pop kralı kimi qeyd edən ifaçı yeni ləqəbindən də danışıb: “Hər kəs dünyaya öz pəncərəsindən baxır, mənə başqalarının fikri heç vaxt maraqlı olmayıb, olmayacaq da!

Mən Yaradanımın bəxş etdiyi ömrü belə yaşamaq istəyirəm və həyatımdan da razıyam! Pop ifa edirəm və Popun Kralıyam! İfamı tənqid edənlər kimi, sevənlər və dinləyənlər də var. Bir insanı hər kəs sevə bilməz ki... Bir çoxları üçün pop kralı olmaq layihələrlə ölçülsə də, mənim üçün ifa tərzi ilə ölçülür. Ola bilərəm ki, bu gün böyük reklamım yoxdur, amma göz önündə olmaq üçün də min hoqqadan çıxan əl meymunu, kloun da ola bilmərəm. Sənətimi özümdən, özümü də hər şeydən çox sevirəm. Beynəlxalq səviyyəli layihələr istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm