Göz əzələlərinin zəifləməsinin qarşısını alan üsul
Bizi izləyin

Tabloid.az

Göz əzələlərinin zəifləməsinin qarşısını alan üsul

Göz əzələlərinin zəifləməsinin qarşısını alan üsul

Alimlərin orta məktəbə gedən uşaqlar arasında apardıqları araşdırmanın nəticələrinə görə, küçəyə çıxmayan uşaqların gözləri daha tez zəifləyir.

Tabloid.az xəbər verir ki, Uzaq Şərqin böyük şəhərlərində “küçəyə çıxmyan” yeni nəsildəki miyopiya (göz əzələlərinin zəifliyi) xəstəliyinin daşıyıcıları daha çoxdur. Avstraliyanın Kanberra universitetinin alimlərinin keçirdiyi araşdırmada məlum olub ki, Sinqapurda orta məktəbə gedən uşaqların sadəcə günün yarım saatını çöldə keçirir. Bu isə 10 uşaqdan 8,9-nun miyopik olduğunu göstərir.

Məktəbin yuxarı sinif şagirdlərində miyopiyaya yoluxmlar Çin, Tayvan, Honq Konq, Yaponiya, Sinqapur və Cənubi Koreyanın böyük şəhərlərində rast gəlinir. Bu şəhərlərdə miyopiya xəstəliyinin 80-90% olduğunu vurğulanıb.

Araşdırmaçılardan İan Morqan dünyanın digər ölkələrindən fərqli olaraq Uzaq Şərqdə uşaqların məktəbə getdiyini, məktəbdən çıxmadıqlarını, daha sonra evlərinə gedərək dərs hazırladıqlarını, kompüterlə vaxt keçirdiklərini və televizor izlədiklərini bildirib. Morqan günəş işığının göz əzələlərinin normal inkişafı üçün lazımi və önəmli olduğunu, miyopiyanı əngəlləyən dofamin adlı hormonunu aktivləşdirdiyini bildirib.

Araşdırma qrupu Uzaq Şərqdəki miyopiya xəstələrinin çoxunun irsi olmadığını bildirib. Morqan Günəş işığından yetəri qədər faydalandığında, kitab oxumağın, dərs hazırlamağın, kompüter qarşısında vaxt keçirməyin miyopiya simptomlarının artmasına səbəb olmayacağını və günün 2-3 saatını çöldə keçirən uşaqlarda miyopiya olmayacağını ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm