• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Saç rənginə görə ənlik seçimi

Saç rənginə görə ənlik seçimi

Ənlik seçimi sizi olduğunuzdan daha yaşlı və ya cavan göstərə bilər. Ənlik çəkmək həm üzünüzü daha canlı göstərir, həm də almacıq sümüklərini daha da qabardır. Bəs saç rənginə görə ənlik seçimi necə olmalıdır? Ənliyi hansı rəngdə seçməlisiniz?

Türkiyənin tanınmış makiyaj ustası Sərdar Başar ənlik seçmək məsələsində dəri rəngi ilə yanaşı saç rənginin də mühüm rol oynadığını söyləyir. Tabloid.az Türkiyə mətbuatına istinadən saç rənginə görə ənlik seçmə üsullarını təqdim edir:

Hər ənlik tonu hamıya yaraşmır. Ənlik seçərkən diqqət etməyiniz lazım olan ən önəmli məqamlardan biri dəri rənginiz və saçınızdır. Üstəlik, ənliyi nə vaxt istifadə edəcəyiniz da əhəmiyyətlidir. Gecə makiyajında istifadə edəcəyiniz ənliklərin içində parıltı olmasına icazə verilir. Əgər gündəlik istifadə edəcəyiniz ənlik axtarırsınızsa, bunun üçün də daha mat (solğun) və daha təbii olan ənliklər seçin.

Açıq dərililər və ya sarışınlar nə cür ənlik seçməlidir?

Əgər dəriniz ağa yaxındırsa, saçlarınız isə şabalıdı və ya sarışındırsa, o zaman çəhrayı tonlu ənliklər seçin. Bu rəng ənliklər sizin üçün ən doğru seçimdir. Yumşaq çəhrayı ya da içində xəfif parıltı olan çəhrayı ənlikləri sizə çox yaraşır.

Qrabuğdayı xanımlar: qumrallar və açıq qəhvəyi saçları olanlar nə cür ənlik istifadə etməlidir?

Buğda dərilisinizsə, o halda sizə ən çox yaraşan ənlik rəngi şaftalı tonlarıdır. Şaftalı tonları ilə bütün baxışlar üzərinizə dikiləcək. Əgər saçlarınız şabalıdırsa, ya da açıq qəhvəyi rəngdədirsə şaftalı rəngə sadiq qalaraq istədiyiniz tonda ənlik çəkə bilərsiniz.

Əsmər, tünd və ya qara saçlı xanımlar nə cür ənlik seçməlidirlər?

Əsmərlər üçün ən yaxşı ənlik yasəmən rəngidir. Bu ənliklər əsmər xanımların almacıq sümüklərini daha yaxşı vurğulayır. Saçlarınız tünd qəhvəyi və ya qaradırsa, tünd qırmızı tonları da istifadə edə bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR