İsrail ordusunda xidmətdən yayınan cazibədar model - Fotolar
Bizi izləyin

Tabloid.az

İsrail ordusunda xidmətdən yayınan cazibədar model - Fotolar

“Ey, Bar, bəs sənin alt paltarın hanı?” Fotolar

Karyerasında uğur qazanmaq və potensial alıcılarda maraq doğurmaq üçün tamamilə soyunmağı qərara alır. Reklam çarxında onun çılpaq görünüşünü əks etdirən bir neçə cazibəli səhnə var. Ola bilsin ki, bu yolla kişi auditoriyasının diqqətini cəlb etmək istəyir – axı o, təkcə qadınlar üçün yox, həm də kişilər üçün alt paltarı hazırlayır.

Reklam çarxını görən qərb jurnalistləri: “Ey, Bar, bəs alt paltarın hanı?” deyə modellə zarafat etmişdilər. Söhbət İsrail ordusunda xidmət etməkdən imtina edən, şəxsi biznesini inkişaf etdirmək naminə tamamilə soyunmağa və çılpaq pozalar verməyə razı olan yəhudi əsilli Bar Rafaelidən gedir. Tabloid.az-ın "9 don" layihəsi çərçivəsində bu gün cazibədar modelin həyatı, karyerası, sevgi romanları və gözəllik sirlərindən bəhs edəcəyəm.

Tərcümeyi hal

Bu həftə söhbət açacağımız dünya gözəli yəhudi əsilli Bar Rafaelidir. Onun boyu 174 sm, bədən ölçüləri 86-60-89-dur. Bar Rafaeli 1985-ci ildə yəhudi ailəsində İsraildə anadan olub. Valideynləri İsraildə böyüyüb başa çatsa da, nənəsi və babası İtaliya, Polşa və Litvadan gəlib. Anası 1970-ci illərin ən uğurlu və tanınmış modellərindən biri olub. Bar Rafaelin 3 qardaşı var. Onun validenyləri Rafael və Çili atçılıq fermasının sahibi olublar. O, uşaqlığını ailəsinə aid atçılıq fermasında şəhərin səs-küyündən uzaq yerdə keçirib. Yeniyetməlik illərində dərisində əmələ gələn qara nöqtələn və çillər üzündən modellik karyerasına fasilə verir. 15 yaşında isə modelliyə geri qayıdır, "Castro" və "Pilpel" kimi markaların reklam kampaniyalarında yer alır.

Karyerası

Bar Rafael uşaqlıqdan model biznesində fəaliyyət göstərir, hətta 8 aylıq olarkən reklamda çəkilir. 15 yaşından etibarən Rafaeli dəb jurnallarının üz qabığında çəkilməyə başlayır. Model yeniyetməlik illərində dişlərində breket taxmağa məcbur olur. Lakin bu, onun modellik karyerasını zədələmir. 18 yaşında artıq "Vogue", "Harper’s Bazaar", "ELLE", "GQ" və "Maxim" jurnalında dünyanın ən nüfuzlu markalarını reklamı edir. Həmçinin dəfələrlə “Sports Illustrated” jurnalında çimərlik geyimlərinin reklamı üçün üz qabığında çəkilir. “Maxim” jurnalı Bar Rafaeli 2012-ci ildə dünyanın ən seksual qadını seçir. "Armani", "Roberto Cavalli", "Gucci", "Valentino" və başqa markaların yeni kolleksiyalarını dəfilələrdə nümayiş etdirib. Bir müddət “Victoria’s Secret”in dəfilələrində də iştirak edir. “Victoria’s Secret”-in rəsmi nümayəndəsi onu “Brend mələyi” də adlandırır.

2009-cu ildə Beynəlxalq Qadın Mükafatının (Women’s World Award) stil nominasiyası üzrə qalibi olur. Model təbii zərifliyinə və zövqlü üslubuna görə qalib seçilir. 2000-ci ildə 17 yaşında olarkən İsraildə keçirilən gözəllik müsabiqəsinin qalibi olur, ilin modeli seçilir. 2005-ci ilə İsraildə yayımlanan "Pick up" serilanda özünü aktrisa kimi də sınayır. 2012-ci ildə alman telekanalında “Million Dollar ShootingStar” model verilişinin aparıcısı olur. 2011-ci ildə Rafaeli keçmiş həmkarı Dudi Balsar ilə birlikdə özlərinin alt geyim markasını dəb aləminə təqdim edirlər. Bu marka onlara bir milyon dollar gəlir gətirir. Leonardo Di Kaprionun keçmiş sevgilisi olan supermodel Bar Rafaeli özünün “Under Me” adlı alt paltarı kolleksiyasını buraxır və bütün reklam kampaniyalarının sifəti olur. Bu vaxta qədər isə Rafaelinin işləri elə bir kommersiya uğuru qazanmamışdı. Yəqin buna görə də o, bundan sonrakı karyerasında uğur qazanmaq və potensial alıcılarında maraq doğurmaq üçün tamamilə soyunmağı qərara alır. Reklam çarxında onun çılpaq görüntüsünü əks etdirən bir neçə cazibəli səhnə var. Ola bilsin ki, bu yolla Bar kişi auditoriyasının diqqətini cəlb etmək istəyir – axı o, təkcə qadınlar üçün yox, həm də kişilər üçün alt paltarı hazırlayır. Reklam çarxını görən qərb jurnalistləri: “Ey, Bar, bəs alt paltarı hanı?” deyə modellə zarafat etmişdilər.

İsraildə 18 yaşına çatmış bütün oğlanlar və qızlar əsgər getməlidir və bu, məcburidir. Hətta hərbiyə yararlı olmayanlar da işçi qüvvəsi kimi gedib öz vəzifəsini yerinə yetirməlidir. Müdafiə Nazirliyi isə Bar Rafaeliyə güzəştə gedir və hərbi xidmətdən azad edir. Əvəzində isə model hərbi hisslərə gedib yaralı əsgərlərə maddi yardım edir və onları öz gözəlliyə ruhlandırmağı öhdəsinə götürür.

Şəxsi həyatı

2003-cü ildən 2005-ci ilə qədər Arik Vaynştaynom ilə evli olur. 2006-cı ildən 2009-cu ilə qədər də dünyanın ən yaraşıqlı kişisi və aktyor Leonardo de Kaprio ilə eşq məcarası yaşayır. Onlar 2005-ci ildə Las-Veqasda təşkil olunan tədbirdə tanış olmuşdular. 2010-cu ildə romantik münasibətləri davam etsə də, 2011-ci ildə mətbuata ancaq dost olduqlarını etiraf edirlər.

“Leonardo mənim idmana olan eşqimi bəyənir. Birlikdə velosidep sürməkdən, sahildə gəzməkdən zövq alırıq. Lakin bizim aramızda olanlar mətbuata yayılmamalıdır. Əl-ələ tutub gəzə bilərəm, ancaq bizim öpüşdüyümüzü heç kim görməməlidir”.

Leonardo De Kapriodan sonra bir müddət səssizliyə çəkilən model şəxsi həyatını mümkün qədər gizli yaşamağa çalışır. Hazırda model Edi Ezre adlı varlı biznesmenlə görüşür. Cütlüyün bu il evlənməyə hazırlaşdığı da iddia olunur.

Gözəllik sirləri

Sevgililəri haqqında danışmağı xoşlamayan valehedici gözəlliyə malik Bar Rafaeli sağlam qidalanır. Siqaret və içki kimi zərərli vərdişləri olmayan, bütün nəzarəti əlində saxlayan peşəkar modeldir. Modelin gözəlliyindən söz düşəndə ağlın gözəllikdən daha üstün olduğunu, fəqət kişilərin çoxunun gözəlliyə daha çox önəm verdiyini düşünür. Kiçik burnunun üzərindəki çillər və sol yanağındakı qəmzə modelin xarakterik özəlliyidir. İsrailli gözəl model Bar Rafaeli cazibədar bədən quruluşunun sirrinin idmanı həyat tərzinə çevirməkdə və sağlam qidalanmağı ilə izah edib. “Dolğun bədənlə də sevildiyimi görmək gözəldir. Olduğum kimi qalmağa davam edə bilərəm, çünki sağlam insanam və ən əhəmiyyətlisi yemək yeməyi sevirəm”.

İdman sarışın gözəlin özünü daha sağlam, güclü və xoşbəxt olmasını təmin edir. Əhvalı olmadığı günlərdə özünü bütünlüklə idmana həsr edir. Sörfü çox sevir, idman salonuna getmədiyi günlərdə isə TBX ilə məşğul olur. TBX bədəni sıxlaşdırmaq üçün ideal məşqdir. “Vaxtım azdırsa, əsas omba bölgəsinə yönəlik məşq etməyə diqqət edirəm. 10 dəqiqəlik çömbəlmə hərəkətləri bu bölgə üçün idealdır.

Topmodel və aktrisa gözəlliyini heç nə ilə əvəz etmədiyi gül suyuna borcludur. Bütün sarışınlar kimi model qaralmağı sevir. Qaraldıcı kremlər və kirşanlar makiyajının əsas komponentini təşkil edir. “Makiyaj ustam bir neçə il əvvəl gözlərimə və almacıq sümüklərimə qaraldıcı kosmetika çəksəm, üzümün daha canlı görünəcəyini demişdi. Məsləhətinə əməl etdikdən sonra günəşli günlərdə dərim parlaq görünür. Kirpiklərimi burmamış və "Giorge Armani" tuşundan çəkməmiş heç yerə getmirəm. Feminen tərzə sahib olduğum üçün ənlik çox istifadə etdiyim məhsullar arasında yer alır”.

Digər modellər fərqli olaraq, Bar Rafeili makiyaja və dırnaq baxımına xüsusi fikir verir. "Dolce&Gabbana"nın dırnaq boyaları son günlər favoriləri arasındadır. “Qaşlarımı qəti şəkildə almamalısan deyənlər olub. Həmin insanlara minnətdaram! Çünki insanın gənc ikən etdiyi ən böyük gözəllik səhvlərindən biri də qaşlarını almaqdır. Halbuki hazırda üzümdə ən çox qarmaqarışıq qaşlarımı sevirəm”.

Dəri təmizliyi də çox vacibdir

Modellik karyerasına 8 aylıq uşaq ikən başlayan İsrailli topmodel gözəl bədən quruluşi ilə yanaşı yumşaq və gözəl dərisi ilə dillərdən düşmür. Onun fikrincə, gözəl və sağlam dəriyə sahib olmaq üçün litrlərlə su içilməlisən. Rahatladıcı SPA isə özünü rahat hiss etmək üçün qaçılmazdır. İsrail ordusundan aldığı reaksiyadan sonra uzun müddət gündəmdən düşəyən Bar Rafaeli dəri gözəlliyi üçün minerallı sudan yardım alır. Üzünü hər gün qazlı su ilə yuyaraq qoruyur. İçindən qabarcıqlar çıxan bir stəkan su ilə üzünü yuyanda günə daha enerjili başlayır. Hər səhər və hər gecə dərisini qazlı su ilə yuyur. Qazlı su içildiyi müddətdə dərinin solğun və yorğun görünməyəcəyini, lakin sadəcə içildiyi zaman deyil, üzə çəkildiyində də dərini canlandırıb və gəncləşdirdiyini mütəxəsisslər də təsdiqləyir. Dərini mineral su ilə silmək yumşaldır və incə qırışların yox olmasına kömək edir. Həmçinin mineral sular sellülit əmələ gəlməsinin qarşısnı alır.

“İşimiz tələb etdiyi üçün modellərə daha çox makiyaj edilir. Buna görə də makiyajsız gəzmək və kosmetikadan uzaq günlər mənim üçün çox dəyərlidir. Çəkilişlərdən sonra ilk işim üzümü təmizləmək və nəmləndirici çəkmək olur. Mümkün qədər təbii məhsullardan istifadə etməyə çalışıram. Avokado yağı gözəlliyimi qorumaqda mənə çox yardım edir”. Dərisinin nəm ehtiyacını "Nivea Aqua Sensation" kremi ilə qarşılayır.

Saç ustanıza güvənməlisiniz

Bar Rafaelin üz cizgiləri mükəmməldir. Nə çox dolğun, nə də çox kiçik dodaqlara sahibdir. Canlı və dinamik saç stili ilə möhtəşəm və təbii sarışındır. Saçlarına xüsusi diqqət etdiyi üçün çantasında həmişə daraq gəzdirir. "Victoria Secret"in podiumlarında görməyə alışdığımız top model, vücudu ilə yanaşı saçları ilə də gözləri qamaşdırır. Rafaelin sağlam saçlarının sirrini bilmək istəməyən yoxdur, səbəbi isə keratin baxımıdır. Dənizdən çıxdıqdan sonra saçlarının qırılmasının qarşısını alır. Uzun saçlarını çox sevir və onlara qulluq etməyi bacarır.

Dəyərli dostlar, saçların sağlamlığının qidalanmaqdan asılı olduğunu dəfələrlə yazmışıq.. Nəticə etibarı ilə saçların gözəl görünməsi üçün çox əziyyət çəkməyə gərək yoxdur və bu, xəyal deyil. Bunun üçün çoxlu pul xərcləməyə gərək yoxdur, sadəcə düzgün qidalanın. Sağlam saçlardan əlavə, saç kəsimi və həmin modelin üz quruluşuna yaraşması da vacibdir. Bu gözəlliyin qızıl qaydalarından biridir. Modelin digər bir gözəllik sirri də saç kəsimin üz cizgilərinə uyğun olmasıdır.

“İsraildəki saç ustam İtzik Sabbag saçımın həm kəsimindən, həm də reflesindən məsuliyyət daşıyır. Çəkilişlərdə müxtəlif məhsullar istifadə edildiyi üçün saçlarım tez korlanır. İtzik xüsusi maska hazırlayır və saçlarımın parıldamasına kömək edir. Bu zaman özümü seksual hiss edirəm. Parlaq dodaqları heç sevmirəm. Nədənsə parlaq dodaq makiyajını özümə heç yaraşdırmıram. İnsanların məni sevdiyim ətir ilə xatırlamsını xoşlayıram. Feminen qoxuları sevirəm, amma onlar mənim dərimlə uyğunluq təşkil etməlidirlər. Gül qoxularını da çox sevirəm".

Üzündə onlarla çil olmasına baxmayaraq, həmişə gülümsəyir və yanaqlarını çəhrayı ənliklə vurğulayır. Dəfilələrdəki və jurnallardakı geyimlərdən əlavə, modeli "Zara"nın köynəkləri, "Christian Louboutin" ayaqqabıları ilə görmək mümkündür. Favori dizayneri isə "Georges Rech"dir.

Qidalanmasında İsarailin milli yeməklərinə üstünlük verir. Dadlı yeməkləri sevsə də, çox yeməməyə diqqət edir. “Özümü normal və sağlam bir gənc qadın hiss edirəm. Nə çox arığam, nə də ki, çox kökəm. Yemək yeməyi sevsəm də, pəhriz saxlayıram və idman salonuna gedirəm.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm