İlqarə Kazımova yeni klip çəkdirib - Video
Bizi izləyin

Tabloid.az

İlqarə Kazımova yeni klip çəkdirib - Video

Gənc müğənni İlqarə Kazımova 2015-ci ildə səhnə fəaliyyətində sürətlə addımlayır.

Gənc müğənni İlqarə Kazımova 2015-ci ildə səhnə fəaliyyətində sürətlə addımlayır. İndiyədək fasilələrlə mahnı ifa edib, konsertlərdə çıxış edən müğənni bu ildən səhnə fəaliyyətini fasiləsiz davam etdirəcək. Müğənni artıq “Yenə yenə” adlı mahnı ifa edib, ona klip də çəkdirib. Tabloid.az xəbər verir ki, gənc müğənni bu haqda “Onlar” verilişinə müsahibəsində danışıb.

“Mahnımı kliplə bir yerdə eşidib görəcəklər. Ətrafımda çalışan bütün komanda bizim dostlarımızdır. Klipimin rejissoru Anar Hüseynovdur. Klipin prodüseri isə Aygün Kazımovadır. Klipin bütün pullarını da prodüser ödəyib. Bizim klipimiz şou biznesdə olan kliplərimizdən əməlli başlı fərqlənəcək.”.

Klip çəkilişi boyu xalq artisti Aygün Kazımova qızı İlqarənin yanında olub.

“Mən bu gün tamam başqa bir roldayam. Səhnə arxasında prodüser kimi, gənc aktrisanın anası kimi, hətta, bir işıqçı kimi burdayam”.

Aygün Kazımova həmçinin ciddi bəyanat da verib.

“Mənim yerimi qızım tutmalıdır. Mənim yerimi tuta biləcək şou biznesdə heç kəs yoxdur. Mən bunu illər öncə demişəm. Aygün Kazımovanın davamçısı ancaq onun qızı ola bilər. Çünki məndə olan potensial mənim qızımda da var. İlqarə mənim ən böyük layihəmdir. Ən böyük layihəmin ilk işini həyata keçirdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm