“Qızım olacağını öyrənəndə pis oldum” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Qızım olacağını öyrənəndə pis oldum” - Fotolar

Türkiyənin məşhur rokçusu Teoman açıqlamaları ilə hər kəsi təəccübləndirib

Türkiyənin məşhur rokçusu Teoman açıqlamaları ilə hər kəsi təəccübləndirib. Uzun müddətdir səsi-sorağı çıxmayan Teoman “Ot” jurnalına müsahibə verib. Müğənni qız atası olacağını öyrənəndə pis olduğunu bildirib:

"Qız atası olacağımı öyrənəndə pis oldum. Tipik türk kişisinin reaksiyası idi. Təbii ki, axmaqlıqdır. Çünki, övlad dünyaya gələn kimi ona aşiq olursan. Məsələ ondadır ki, oğlan uşağı ilə necə rəftar edəcəyini bilirsən, amma qız övladına necə davranmalı olduğunu bilmirsən. Hazırda yoqa, antidepresan, nə varsa, sınaqdan keçirirəm. Qızımın rahat və xoşbəxt olmasını istəyirəm”.

Qeyd edək ki, uzun müddət spirtli içki aludəçiliyindən əziyyət çəkən Teoman 2012-ci ildə fotoqraf Ayşə Kaya ilə evlənib. Ailə qurduqdan bir il sonra cütlüyün Zeyno adlı qızları dünyaya gəlib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm