Ev dekorasiyasında ziqzaq naxışı - Fotolar
Bizi izləyin

Tabloid.az

Ev dekorasiyasında ziqzaq naxışı - Fotolar

Ev dekorasiyasında ziqzaq naxışı - Fotolar

Ən gözəl qrafik naxışlardan olan ziqzaqlar yeni mövsümdə evin hər yerini işğal etməkdədir. Bu gözəl naxışlar evin müxtəlif künclərində istifadə edildiyi zaman həm müasir, həm də nostalji atmosfer yaradır.

Əslində ziqzaq deyəndə ağlımıza dərhal “Missoni” brendi gəlir. Markanın kolleksiyalarında kult halına gələn bu naxışlardan pərdələrdə, xalçalarda və yataq dəstlərində istifadə olunur. Ziqzaq naxışlarının istifadəsini saymaqla qurtarmır. Pərdələr, xalçalar, yataq dəstləri, bəzək aksessuarı, divar kağızları, döşəmələr və ev aksessuarlarında geniş yer tutur. Bir sözlə, evinizin hər küncünə bu naxışı tətbiq etmək olar.

Xüsusilə, divar kağızları evdə dinamik və isti bir mühit yaradır. Ziqzaq naxışlarını qarışdırmaq 70-ci illərdən qalmış ənənədir. Müxtəlif forma və rənglərdə ziqzaqları qarışdıraraq ecazkar təsir yaratmaq çox asandır. Lakin çox qarışıqlığın baş ağrısına da yol açdığını unutmaq lazım deyil.

Tabloid.az müasir dekorasiyada yer tutan ziqzaq naxışı ilə bəzənmiş evlərə aid bir neçə nümunə təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm