• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Burak Özçivit: "Bu qədərini gözləmirdim"

Burak Özçivit: "Bu qədərini gözləmirdim"

Türkiyənin "Show" telekanalı ötən həftə şəhərimizin qonağı olan türkiyəli aktyorlar Burak Özçivit, Fahriyyə Evcən və Səlim Bayraktar haqqında maraqlı süjet hazırlayıb. Qeyd edək ki, onlar Bakıya "Eşq sənə bənzər" filminin təqdimat mərasimində iştirak etmək üçün Bakıya gəlmişdilər.

Fahriyyə Azərbaycanın gözəl ölkə olduğu haqda eşitsə də, bu qədərini gözləmədiyini deyib:

“Yol boyu gördüyümüz o qədər qəşəng binalar var ki... Hamısına “Ay, nə gözəl” deyib qaldıq. “Qız qalası”nın içərisinə heyran oldum”.

B.Özçivit isə “Azərbaycan haqda hər zaman danışırdılar. Bu qədərini gözləmirdim. “Qız qalası”na çıxdıq. Hər mərtəbəsi bir başqa gözəl idi”, - deyə bildirib.

S.Bayraktar da Bakı ilə bağlı təəssüratlarını bölüşüb:

“Möhtəşəmdir. Binalara baxanda başa düşürsən ki, nə qədər canlı bir şəhərdir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR