“Burada qəbahətli heç nə yoxdur”
Bizi izləyin

Tabloid.az

“Burada qəbahətli heç nə yoxdur”

“Burada qəbahətli heç nə yoxdur”

Rejissor Nail Naiboğlunun filmindən çəkilən şəkil qalmaqala səbəb olub. Tabloid.az-ın məlumatına görə, rejissor Nail Naiboğlunun ekranlaşdırdığı “Biznesmen” bədii filmindən çəkilən bir şəkli sosial şəbəkədə paylaşıb və bu, birmənalı qarşılanmayıb. Belə ki, şəkildə bir vaxtlar çox populyar olan və sonrakı vaxtlardan səhnə fəaliyyətində fasilələr yaranan müğənni Kəmalə Qaramollayeva bir oğlanla qucaqlaşıb. Oğlan isə gənc aktyor Cövdət Şükürovdur.

N.Naiboğlu müzakirə və qınaq obyektinə çevrilən şəkil ilə bağlı açıqlama verərək bildirib ki, şəkil filmin çəkilişi zamanı hava limanında çəkilib. “Burada qəbahətli heç bir amil yoxdur. Əxlaqsız heç nə yoxdur. Hər kimsə düşünər ki, filmdə erotik səhnələr yer alıb… Əsla! Filmdə heç bir açıq səhnə yoxdur. Məsələni belə şişirtmək lazım deyil”, - rejissor deyib.

Qeyd edək ki, “Biznesmen” bədii filmi şair-dramaturq Ramiz Abdullayevin eyniadlı əsərinin motivləri əsasında çəkilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm