• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Adriana Limanın cazibədarlıq sirləri - Fotolar

Adriana Limanın cazibədarlıq sirləri - Fotolar

Əvvəllər Adriana Limanın arıq qalmaq üçün saxlamadığı pəhriz qalmayıb. Hətta bir vaxtlar vegeterian olmuşdu. Lakin o, söyləmişdi ki, ancaq 3 gün ətsiz qala bilib. Mütəmadi olaraq idmanla, həm də çox maraqlı idman növü olan boksla məşğul olur. İdman ona formada qalmağa yardım edir, həm də əhval-ruhiyyəsinin də qalxmasına kömək edir. İplə tullanmaq da modelin sevimli məşğuliyyətlərindən biridir və bütün səfərlərində ipi də özü ilə aparır. Pəhriz saxlamasa da, dəfiləyə bir neçə gün qalmış qidalanmasına xüsusi fikir verir. Qida rasionunda tərkibində bol antioksidant, zülallı ərzaqlar üstünlük təşkil edir. Bu qidalar bədənindəki artıq yağların miqdarını sıfıra endirir. Karbohidrat tərkibli qidalardan isə uzaq durur. Gündə 3 dəfə nahar edir. Bəzən isə çeşidli tərəvəzləri südlə qarışdırıb içir. İdmandan əlavə rəqs dəlisidir. Axı o, braziliyalıdır...

Cazibədar model gözəlliyini genləri ilə əlaqələndirdirir. "Əlbəttə ki, ilk növbədə gözəlliyimin sirri gendən gəlir, amma bununla yanaşı mütəmadi idman etmək, çoxlu su içmək və ən əsası xoşbəxt olmaq da olduqca vacibdir. Körpəmi dünyaya gətirdikdən sonra həyatım tamam dəyişdi, düşünmə tərzim, hərəkətlərim fərqliləşdi. Daha da gözəlləşdim. Dərim indi heyrətamizdir, özümü rahat hiss edirəm". ​

Uşaq dərisi: Dərisinə xüsusi qulluq etmir, nəmləndirici kremlərlə kifayətlənir. 33 yaşlı model 2-ci dəfə ana olduqdan sonra yaşlandığını etiraf edir. Qırışlar çoxalsa, əməliyyat keçirəcəyi istisna olunmur. Gözəl dərisinin digər sirri sudur. “Hər gün 2 litr su için. Siqaretdən və spritli içkilərdən uzaq durun. Hər gün bir yemək qaşığı bal yeyin. Belə ki, bal immun sistemini gücləndirir.”

Cəlbedici makiyaj: Əsl braziliyalı olan model ilk baxışda dodaqları və mavi gözləri ilə diqqət çəkir. Makiyajını adətən qırmızı dodaq boyası ilə tamamlayır.

Parlaq saçlar: Çiynindən olan dalğalı saçları Limanı daha da cazibədar göstərir. Saçlarının həcmli görünməsi üçün qatlı kəsimlərə üstünlük verir. Dalğalı saçlarını çox sevir.

Seksual model adətən qısa və bədənə yapışan paltarlar geyinir. Bizi bu cür gözəllikdən məhrum etmək həqiqətən də böyük ədalətsizlik olardı. Qısa paltarlar geyinərək kişilərin qəlbini bütünlüklə fəth edir. Modelin sevdiyi elementlərdən biri də kürək dekoltesidir. Ciddilik ona görə deyil, hər çıxışında bədən xətlərini, belini, ayaqlarını vurğulayan, maksimum açıq paltarlarda görünür. Adriana qırmızı xalı üzərində alt paltarsız çıxmağa cəsarət edən xanımlar sırasına daxildir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR