Prodüser müğənnidən ayrıldı və dedi ki...
Bizi izləyin

Tabloid.az

Prodüser müğənnidən ayrıldı və dedi ki...

Prodüser müğənnidən ayrıldı və dedi ki...

Müğənni Elçin Cəfərovun prodüseri və mətbuat katibi Kazım Sübhan ilə iş birliyi başa çatıb. Bu haqda Kazım özü sosial şəbəkədə məlumat yayıb.

“Bəri başdan deyim ki, heç bir problem olmadan bir ildən çox çalışdığım Elçin Cəfərov ilə iş birliyinə öz təklifim ilə son qoyduq. Elçin çox istedadlı ifaçı, mədəni və tərbiyəli insandır. Sadəcə mən hələlik heç kəslə işləmək istəmirəm”.

Məsələ ilə əlaqədar olaraq Kazım Sübhan ilə əlaqə saxladıq. O, artıq bu haqda danışmaq istəmədiyini bildirdi.

“Artıq Elçin Cəfərov haqqında danışmaq istəmirəm. Qoy bizim nümunəvi ayrılığımız bütün şou əhlinə örnək olsun. Digərlərindən fərqli olaraq biz dava-dalaşla deyil, sivil şəkildə ayrıldıq. Şou biznesdə belə bir dəb var. Prodüser müğənnidən ayrıldısa, əli çatan bütün yerlərdən müğənninin bazarını bağlayır. Bizdə bu belə olmayacaq. Ayrılsaq əvvəlki dost münasibətimiz qalacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm